Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

«Türkiyəni işğal etmək üçün 10 min ingilis əsgəri Kiprə gəlib» - polkovnikdən sensassiyalı iddia

Tarix: 22-08-2016 16:18     Baxış: 2504 A- / A+
«Türkiyəni işğal etmək üçün 10 min ingilis əsgəri Kiprə gəlib»


PKK terror təşkilatının lideri Abdullah Öcalanı mühakimə etdikdən illər sonra FETÖ-çu prokuror və hakimlər tərəfindən həbs edilmiş və bir müddət öncə azadlığa çıxan Polkovnik Uğur sensasiyaya səbəb olacaq iddia ilə çıxış edib.

Manevr.az xəbər verir ki, pensiyada olan polkovnik 15 iyul çevrilişə cəhddən bir gün öncə xarici əsgərlərə Türkiyəni işğal etmək üçün tapşırıq verildiyini vurğulayaraq ABŞ-ın Türkiyə barədə ikinci planı olduğunu da qeyd edib. O, FETÖ təhlükəsinin bitmədiyi və Türkiyədə xaos olacağı haqda xəbərdarlıq edib.

«Türkiyəni işğal etmək üçün 10 min ingilis əsgəri Kiprə gəlib»


«Türkiyəni işğal etmək üçün 10 min ingilis əsgəri Kiprə gəlib»

«Ergenekonçu» adı altında həbs edilmiş və terrorçu Abdullah Öcalanı mühakimə edən hərbçi kimi tanınan Həsən Atilla Uğur FETÖ-çuların Türkiyədə dövlət əhəmiyyətli qurumlara ABŞ-ın dəstəyi ilə 30-35 ildir yerləşdirildiyini bildirərək əlavə edib:

«Çevrilişə cəhd edilən gün təyyarələr havaya qalxanda ordudakı dostlarımız mənə zəng edərək bildirdilər ki, bu, ABŞ-ın əli ilə başlanmış bir işğal cəhdidir. İyulun 15-dən bir gün əvvəl Qaziantep və Kilisdəki sərhəddən ABŞ, İŞİD və PYD silahlılarının olduğu yerə keçən əsgərlər olub. Kiprə 10 min ingilis əsgəri gəlmişdi. Məqsəd dövlət çevrilişi cəhdində Türkiyəni işğal etmək, işğal edərkən də «vətəndaş müharibəsinin qarşısını almaq üçün köməyə gəlmişik» deyəcəkdilər».



Uğursuz çevriliş təşəbbüsü ilə Türkiyənin böyük faciəni geridə qoyduğunu bildirən Uğur Fətullah Gülən camaatının pərdələnmək üçün Atatürkçülükdən istifadə etdiyini bildirib:

«1984-cü ildən bəri hər yerə sızmağa başlayan FETÖ-çular üçün aparılan kəşfiyyat işlərində çox çətinliklər oldu. Evlərinə gedirik, qapıda Mustafa Kamal Atatürk portretləri var. Baxırsan spirtli içkilər qəbul edirlər. Bu halda isə fərq edilmələri çox çətin idi. İnanılmaz təhlükəli bir təşkilatdır».

Silahlı Qüvvələrin genetikası pozulur

Terror təşkilatları PKK və FETÖ-nun birgə hərəkət etdiyini deyən Uğur Silahlı Qüvvələrin hazırki vəziyyətini də analiz edib:

«PKK terrorçuları 15 iyulda hər hansı bir terror hadisəsi törətmədilər. PKK və FETÖ-nun eyni əl tərəfindən idarə edildiyini bilməliyik. FETÖ ilə mübarizə çərçivəsində elan edilmiş 3 aylıq fövqəladə vəziyyət sona çatanda nələr olduğunu daha yaxşı görəcəyik. Türk ordusunun genetikası pozulmaq üzrədir. İndiki vəziyyətdə əlbəttə ki, müəyyən yanlışlıqlar olacaq, necə deyərlər, qurunun yanında yaş da yanacaq. Ancaq Türkiyə böyük təhlükə altındadır, xaotik vəziyyət yaranma ehtimalı var. FETÖ hələ ki, bitməyib, ABŞ-ın ikinci bir planı da var. Bu mənada rus-türk münasibətlərinin yaxşılaşması çox əhəmiyyətlidir. Artıq NATO və ABŞ ilə münasibətləri müzakirə etməyin vaxtıdır».

«Türkiyəni işğal etmək üçün 10 min ingilis əsgəri Kiprə gəlib»


İngiltərənin Kiprdə iki hərbi bazası var

Kiprdə İngiltərəyə məxsus iki hərbi baza yerləşir: «Dikel» və «Akrotiri». İngiltərə bazaları 1960-cı ildə qəbul edilmiş Kipr Respublikasının Konstitusiyasına və müqavilələrinə əsasən "Müstəqil Dövlət" statusundadır. Yaxın Şərq ölkələrinə qarşı həyata keçirilən hər bir hava hücumunda bu bazalar həm ABŞ, həm də İngiltərə tərəfindən istifadə edilir. Hərbi bazada 3 min nəfər əsgər daim hazır vəziyyətdə gözlədilir.

Ölkə.Az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar