Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bayden: "Rusiya Ukraynaya hücum edəcəyi tədqirdə NATO-ya qoşun göndərəcəyik"

Tarix: 12-12-2021 08:43     Baxış: 4320 A- / A+
ABŞ Rusiyanın ehtimal edilən “hücum”unun olacağı təqdirdə öz qoşunlarını Ukraynaya deyil, qonşu NATO ölkələrinə göndərmək niyyətindədir.

Manevr.az “report”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden həftə sonunu keçirdiyi Delaver ştatının Vilminqton şəhərində jurnalistlərin suallarını cavablandırarkən bildirib. Çıxış Ağ Evin saytında yayımlanıb.

Dövlət başçısından Rusiya Federasiyasının basqın edəcəyi təqdirdə Ukraynada Amerika qoşunlarının yerləşdirilməsi ideyasından niyə imtina etmək qərarına gəldiyini soruşulub. "Onlara heç vaxt baxılmayıb", - deyə Prezident cavab verib.

"Və siz Rusiya ilə döyüş meydanında vuruşmaq üçün Amerika qoşunlarını Ukraynaya müharibəyə göndərməyə hazırsınızmı?", - deyə Prezident özü sual verib.

Baydenin sözlərinə görə, o, Rusiya lideri ilə onlayn sammit zamanı Vladimir Putinə "hücum" olarsa, Amerika qoşunlarının NATO-nun şərq cinahında yerləşən Buxarest doqquzluğu” (B9) ölkələrinə (Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya) göndəriləcəyini deyib.

"Biz NATO-nun şərq cinahına daha çox NATO və Amerika qoşununu göndərməli olacağıq - bütün NATO ölkələrini Rusiyanın istənilən hücumundan qorumaqla bağlı müqəddəs öhdəliyimiz var", - Amerika lideri bildirib.

Eyni zamanda o, əlavə edib ki, Birləşmiş Ştatlar “Ukrayna xalqını müdafiə qabiliyyəti ilə təmin etməyə davam edəcək”. Lakin ABŞ lideri bunun mahiyyətini tam açıqlamayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar