Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Ada dövlətdə də Omicron AŞKARLANDI

Tarix: 09-12-2021 08:20     Baxış: 4247 A- / A+
Kubalı həkimlər yerli vətəndaşlardan birində koronavirusun Omicron ştamı aşkar ediblər.

Bu barədə yerli ACN portalı məlumat yayıb.

Bildirilib ki, ölkənin qərbində yerləşən Pınar del Rio əyalətində yaşayan şəxs noyabrın 27-də ezamiyyətdə olduğu Mozambikdən gəlib.

Ertəsi gün qızdırma və boğaz ağrısı şikayətləri ilə həkimlərə müraciət edib. Koronavirus üçün test verib və cavabı müsbət olub. Yoluxmuş şəxs xəstəxanaya yerləşdirilib. Əlavə araşdırmalardan sonra həkimlər həmin kişidə Omicron ştamının olduğunu təsdiqləyiblər.

Xəstə ilə təmasda olan ən azı 16 nəfər təcrid olunub.

Rəsmi məlumatlara görə, pandemiyanın başlanğıcından indiyədək Kubada 963 mindən çox koronavirusa yoluxma halı aşkarlanıb, 8 311 nəfər ölüb, 954 mindən çox xəstə sağalıb. apa

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar