Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Yaponlar koronavirusu aşkarlayan maska hazırladı

Tarix: 08-12-2021 14:23     Baxış: 4273 A- / A+

Yapon mütəxəssislər ultrabənövşəyi şüa altında Kovid-19-u aşkar edə bilən üz maskası hazırlayıblar.
Manevr.az xəbər verir ki, Yaponiyanın Kyoto Dövlət Universitetinin mütəxəssisləri bədəndəki yad formasiyaları zərərsizləşdirən antikor və ya zülal istehsal edə bilən dəvəquşu yumurtalarından istifadə edərək Kovid-19-a diaqnoz qoya bilən üz maskası hazırlamağa nail olub.
Dişi dəvəquşulara koronavirusun aktiv və təhlükəli olmayan formasını yeritməklə, alimlər quşların yumurtalarından yüksək səviyyədə anticisimlər çıxara biliblər.
Hazırladıqları xüsusi filtri üz maskasına əlavə edən mütəxəssislər dəvəquşu yumurtalarından əldə edilən Kovid-19 anticisimlərini maskanın üzərinə səpərək ixtiranın effektivliyini yoxlayıblar. Maskanın ultrabənövşəyi şüa altında virusa reaksiya verməsini bacaran komanda, maskadan istifadə edən şəxsin virusla təmasda olduğu halda maskanın parıldadığını və bunun müsbət nəticəyə işarə etdiyini bildirib.
Bildirilib ki, maska 10 günlük sınaq müddətində Kovid-19-a yoluxmuş 32 subyektlə virusu aşkarlaya bilib.
Maskanın gələn il hökumətin təsdiqindən sonra satışa çıxarılması planlaşdırılır. Bildirilir ki, maska hər kəs üçün əlçatan olarsa, Kovid-19 sınaq prosesində yeni zəmin yarada bilər.ölkə.az

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar