Sizin Reklam Burada
Xəbər lenti
20-05-2024
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

Eks-prezident Mixail Saakaşvilidən vətəndaşlara müraciət: Ölkəni tərk etməyin, sizə söz verirəm ki...

Tarix: 06-12-2021 22:27     Baxış: 3188 A- / A+
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili işləmək üçün xaricə getməyi planlaşdıran vətəndaşlara müraciət edərək onları Gürcüstanda qalıb mübarizə aparmağa çağırıb.

O, müraciətini Feysbuk hesabından yayıb.

“Getməyin, gəlin burada birlikdə mübarizə aparaq. Eşitdiyimə görə daha 1 milyon soydaşımız iş və gəlir əldə etmək üçün xaricə getməyi düşünür. Mən öz təcrübəmə və öz gözlərimlə gördüklərimə əsaslanaraq sizə müraciət etmək istərdim - xaricdə layiqli yer tutmaq çox çətindir. Başa düşürəm ki, burada çox çətin dolanırsınız, amma insana yeməkdən əlavə, layiqli həyat şəraiti, hörmət və özünü tam hüquqlu bir insan kimi dərk etmək lazımdır. Bütün bunlar mühacir üçün çox çətindir. Bilməlisiniz ki, siz çox uzun müddət ikinci dərəcəli şəxs olacaqsınız, bu o deməkdir ki, siz nəinki istedadlarınıza və ixtisaslarınıza uyğun işləyə bilməyəcəksiniz, həm də tez-tez daha savadsız bir yerliyə xidmət etməli olacaqsınız.

Bunu mən özüm yaşadım, həmçinin övladlarınızdan uzun müddət ayrı qalmağa öyrəşməlisiniz (mən də bunu yaşadım]. Və əgər tale üzünüzə gülsə və balacalarınızı özünüzlə aparsanız, əksər hallarda onlar artıq gürcü dilinin daşıyıcısı olmayacaq və ölkə ilə əlaqəsi qalmayacaq.

Bunun müqabilində sizə nə təklif edirik?

Gəlin qarşıdakı həftələrdə, 2-3 ayda birlikdə mübarizə aparaq və biz sizə zəmanət veririk ki, nəinki vəziyyət dəyişəcək, hər biriniz gələn ilin sonuna kimi ən azı Polşada, Yunanıstanda və hətta Almaniyada qazandığınız qədər gəlir əldə edəcəksiniz. Bilirəm ki, siz siyasətçilərin vədlərinə inanmırsınız, amma unutmayın ki, mən sizə heç vaxt yalan danışmamışam. Biz vətəni və gələcəyi qoruyacağıq!", - deyə Mixail Saakaşvili müraciətində bildirib. axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar