Manevr.az “qafqazın”ya istinadən xəbər verir ki, bu haqda Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov məlumat yayıb.
O bildirib ki, BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 25-ci sessiyası 2023-cü ildə Səmərqənddə keçiriləcək. Sessiyaya 1000-dən çox qonağın gələcəyi gözlənilir.
A.Abduhakimovun sözlərinə görə, artıq tədbirin hazırlıq işlərinə başlanıb. Yeni mehmanxanaların, restoranların tikintisi planlaşdırılır.
Tikilməkdə olan “Samarkand Touristic Centre” 212 hektar sahəni əhatə edəcək. “New Renaissance” adlı konqress-hollda mehmanxanalar, restoranlar və digər xidmət obyektləri olacaq.
Baş nazirin müavini deyib ki, növbəti sessiyanın Səmərqənddə keçirilməsi ölkənin turizm sahəsinin inkişafına güclü təkan verəcək.
Xəbər lenti
Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar