Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvandan şok təxribat: Əsgərimizin adını ictimailəşdirdi

Tarix: 05-12-2021 13:30     Baxış: 3182 A- / A+

Dekabrın 3-də əsgərimizə hücum etdiyi üçün zərərsizləşdirilən və bu gün meyiti ailəsinə təhvil verilən Seyran Sərkisyanla bağlı Ermənistan hüquq-mühafizə orqanları yeni informasiya təxribatına əl atıb.

Manevr.az xəbər verir ki, araşdırılma üçün Azərbaycan, Ermənistan hüquq-mühafizə orqanı əməkdaşlarından və Rusiya sülhməramlılarından ibarət qrup olay yerinə baxış keçirib, hadisənin necə baş verməsi haqda əsgərimizdən təfərrüat öyrənilib.
Bunun ardınca isə guya Qarabağdakı separatçı tör-töküntüsü “rus sülhməramlıları ilə əməkdaşlıq” nəticəsində S.Sərkisyanı zərərsizləşdirən Azərbaycan əsgərinin adını öyrənməyə “müvəffəq olub” və əsgərimizin adı media vasitəsilə tirajlanıb.
"Rus sülhməramlıları ilə əməkdaşlıq" nəticəsində adın öyrənilib yayılması əlbəttə ki, erməni məkridir, Ermənistanın hüquq-mühafizə orqanlarının azərbaycanlı həmkarları ilə üz-üzə gələrkən məsuliyyətdən yayınmaq cəhdidir. Ancaq bütün hallarda Azərbaycan hüquq-mühafizə orqanlarına rus sülhməramlılarından da açıqlama tələb etməyə heç nə mane olmur.
Şübhəsiz ki, əsgərimizin adını Qarabağdakı separatçı tör-töküntüsünə sızdıran Ermənistan hüquq-mühafizə orqanlarıdır və İravanın siyasi iradəsindən kənarda deyil. Bu, istintaq sirrini yaymaqla bərabər, terrorun hədəfini də göstərməyə cəhddir. Xüsusilə Norayr Mirzoyanın Şuşa yaxınlığındakı posta qumbara atmasından sonra ermənilərin terroru necə dəstəklədiyi üzə çıxdı. Xankəndidə, rus sülhməramlılarının qoruması altında olan separatçı tör-töküntüsünə təhvil verilən N.Mirzoyanın isə ümumiyyətlə necə “istintaq edildiyi” haqda məlumatımız belə yoxdur.
Azərbaycan əsgərinin adını ictimailəşdirdiyinə görə Azərbaycan Baş Prokurorluğu erməni və rus mütəxəssislərlə birgə sözügedən olayın araşdırılmasını davam etdirməkdəm imtina haqqı qazanır. Hətta bundan sonrakı mümkün belə hallar zamanı Azərbaycan Baş Prokurorluğunun terrorçu ermənini zərərsizləşdirən əsgərimizi erməni və rus istintaqçılara tanıtmamağa, onun ifadəsinin alınmasına imkan verməməyə tam hüquqi əsası var.
Ümid edirik ki, bu faktdan Baş Prokurorluq gələcəkdə maksimum istifadə edəcək.
Ordumuzun isə əsgərimizin təhlükəsizliyi üçün artıq addım atdığına şübhə etmirik./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar