Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Zelenskinin açıqlaması Kremli qəzəbləndirdi: “Bu, Rusiya üçün təhlükədir”

Tarix: 02-12-2021 21:08     Baxış: 3220 A- / A+
Kremlin sözçüsü Dmitri Peskov Ukrayna-Rusiya gərginliyi ilə bağlı açıqlama verib.
Manevr.az xəbər verir ki, Peskov Ukrayna Prezidenti Vladimir Zelenskinin Krımla bağlı son açıqlamalarına münasibət bildirib.
“Zelenski parlamentdəki çıxışında bildirib ki, Krımın qaytarılması Ukraynanın əsas məqsədi və fəlsəfəsi olmalıdır. Biz bunu Rusiya üçün birbaşa təhdid kimi görürük. Bu bəyanatlar o deməkdir ki, Kiyev Rusiyanın bir hissəsinə təcavüz etmək üçün bütün mümkün vasitələrdən, o cümlədən gücdən istifadə etmək niyyətindədir”, - Kremlin sözçüsü söyləyib.
Kiyevin Donbas problemini də hərbi yolla həll etmək cəhdlərini istisna etmədiyini qeyd edən Peskov bunun Moskvada narahatlıqla qarşılandığını deyib:
“Ukrayna hökumətinin çox aqressiv ritorika işlətdiyini və Donbasda təxribat xarakterli davranışlarını artdığını görürük. Bu o deməkdir ki, Ukrayna administrasiyası Donbas məsələsini hərbi yolla həll ssenarisini, yəni birtərəfli qaydada müstəqillik elan etmiş respublikalara qarşı hərbi addımları istisna etmir”.
Zelenski dünən parlamentdə verdiyi açıqlamada Krımı geri almağı planlaşdırdıqlarını bildirib və Rusiya ilə birbaşa danışıqlar olmadan müharibəni dayandıra bilməyəcəklərini bildirib.
Donbas üçün isə Zelenski bunu deyib: “Donbası qaytarmaq istəyiriksə, bir-birimizlə həqiqəti danışmaqdan qorxmamalıyıq”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar