Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Putini “xain” adlandıran keşiş həbs olundu

Tarix: 02-12-2021 13:52     Baxış: 3233 A- / A+


Rusiya Prezidenti Vladimir Putini “şər dünyəvi hökumətə xidmət edən vətən xaini” adlandıran və koronavirusun yalan olduğunu söyləyən rus keşiş 3.5 il həbs cəzasına məhkum edilib.
Manevr.az xəbər verir ki, keşiş Sergey 2020-ci ilin dekabrında moizələrində tərəfdarlarını “Rusiya naminə ölməyə və intihara təhrik etmək” və “vicdan azadlığını pozmaq” ittihamı ilə saxlanılıb.
Məhkəmə keşişi bu ittihamlar üzrə təqsirli bilib və 3.5 il müddətinə azadlıqdan məhrum edib.
Nikolay Romanov adlı 66 yaşlı keşiş sovet dövründə polis vəzifəsində çalışıb. Polisdən ayrıldıqdan sonra qətl və quldurluqda təqsirli bilinən Romanov 13 illik həbsdən sonra azadlığa çıxıb və rahib olub və Sergey adını götürüb.
Putinin “şər dünyəvi hökumətinə xidmət etdiyini” iddia edən Sergey Rusiya liderini “vətən xaini”, Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill və digər yüksək rütbəli din xadimlərini isə “ölkədən qovulmalı olan kafirlər” adlandırıb.
Rus Pravoslav Kilsəsi rahib Sergeyi monastır qaydalarını pozduğuna görə kilsədən qovub./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar