Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bill Qeytsin pandemiya proqnozları düz çıxır - "Biz gecikirik"

Tarix: 01-12-2021 15:20     Baxış: 4231 A- / A+

5 milyondan çox insanın ölümünə səbəb olan COVID-19-la mübarizə bütün sürətiylə davam etdiyi bir vaxtda daha yeni bir mutasiya dünyanı təşvişə salıb.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Cənubi Afrikada yayılan və B.1.1.529 adlandırılan yeni mutasiyanın adını "Omikron" adlandırdığını açıqlayıb. Bu mutasiyanın digər variantlardan daha yoluxucu olduğunu bildirən ÜST açıqlamasında "Mutasiyada qorxulu olan çox sayda mutasiya var. İlkin tapıntılar göstərir ki, yeni mutasiyanın yoluxuculuq riski daha yüksəkdir" bildirib.

Bu açıqlamalardan sonra "Omikron"un yeni bir pandemiyaya səbəb olub-olmayacağı narahatlıq doğurur. Bir çox ölkə variantın aşkarlandığı bölgələrə səyahət qadağası tətbiq etsə də, İsrail sərhədlərini bağlayan ilk ölkə olub.
Bütün bu hadisələr Bill Qeytsin ötən aylarda verdiyi proqnozu bir daha gündəmə gətirib. Qeyts "The Wall Street Journal"a verdiyi açıqlamada "növbəti pandemiyaya hazır olmalıyıq" proqnozunu vermişdi: "Pandemiya hazırlıqlarının gözlədiyimdən aşağı olmasından bir az narahatam. Dünyanın növbəti pandemiyaya hazır olması üçün 100 gün ərzində peyvənd istehsal etmək və 100 gün ərzində milyonlarla insana təqdim etmək potensialına malik olmalıyıq. Bizim bu gücə malik fabriklər tikmək imkanımız var. Ancaq hələ də lazımi addımlar atılmır".
Qeytsin həmtəsisçisi olduğu Bill və Melinda Qeyts Fondu ölkələri vaksin istehsal etmək imkanları da daxil olmaqla səhiyyə sistemlərinə daha çox sərmayə qoymağa çağırıb.
Bəzi ekspertlərsə yeni variantın peyvəndin effektivliyini aşağı saldığını deyir. Koronavirus peyvəndini hazırlayan "Moderna" şirkətinin baş həkimi Dr. Paul Burton yeni bir peyvəndin hazırlanması istiqamətində araşdırmalara başladığını açıqlayıb. Burton BBC-nin "Endryu Marr" şousuna verdiyi müsahibədə bildirib ki, əgər yeni peyvənd lazımdırsa, o, 2022-ci ilin əvvəlində hazır olacaq.
Yeni mutasiyanın peyvənddən yayına biləcəyindən şübhələndiyini söyləyən Burton qeyd edib ki, bu, çox narahatedici bir virusdur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar