Xəbər lenti
Saakaşvilinin məhkəməsi başa çatdı

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin cinayət işi üzrə keçirilən məhkəmə iclası başa çatıb.
M.Saakaşvilinin vəkili Beka Basilaia iclasdan sonra jurnalistlərə açıqlamasında bildirib ki, məhkəmə Prezidentin həbsxanada telefonla danışmaq hüququnu bərpa etməyib.
Sabiq Prezidentin digər vəkili Dmitri Sadzaqlişvili isə qeyd edib ki, müdafiə tərəfi məhkəməni bitərəf orqan kimi qəbul etmir və bu baxımdan təqdim edilən arqumentlərə görə müsbət nəticə əldə ediləcəyini gözləmir. D. Sadzaqlişvili vurğulayıb ki, bugünkü məhkəmə dinləməsinin önəmi sabiq Prezidentin xalqa müraciət üçün fürsət əldə etməsidir.
Qeyd edək ki, M. Saakaşvili çıxış etdikdən sonra səhhəti ilə bağlı məhkəmə iclasında sona qədər iştirak edə bilməyib və müalicə aldığı Qori Hərbi Xəstəxanasına geri qaytarılıb. İclas zamanı dövlət ittihamçıları ilə müdafiə tərəfinin vəkilləri arasında bir neçə dəfə sözlü qarşıdurma da yaranıb. 3 hakimdən ibarət panel M. Saakaşvilinin məhkəməsinin növbəti dinləməsini 23 dekabr saat 11:00-a təyin edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar