Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Rusiya olmasa bizi bir neçə günə məhv edərlər” — Separatçılar belə deyir

Tarix: 27-11-2021 22:10     Baxış: 4178 A- / A+

Donbassda vəziyyətin gərgin olduğu və Rusiyanın Ukrayna sərhədləri boyu qoşun qruplaşmaları cəmləşdirdiyi bir vaxtda separatçıların qüvvələri Ukrayna ordusuna qarşı cəmi bir neçə gün dayana bilər.

Manevr.az virtualaz.org-a istinadla xəbər verir ki, qondarma “Luqansk xalq respublikası”nın xalq milisinin üzvü, publisist Yeqor Mitin bu haqda danışıb. Onun sözlərinə görə, əgər Rusiya ordusu köməyə gəlməsə Ukrayna silahlı qüvvələri Donbassı uzağı bir həftəyə nəzarətə götürə bilər.
“Əgər Rusiya hansısa səbəblərdən bizdən imtina edərsə, məsələ iki-üç günə bitər və biz hamımız həlak olarıq. Hətta bizim üçün ideal ssenaridə belə, -hansı ki, Rusiya köməyə gələnə qədər ən yaxşı halda bir həftə dayana bilərik, – hamı başa düşür ki, sağ qalan az olacaq”, – Mitin bildirib.
Bu arada Birləşmiş Ştatlar gələn həftə NATO üzrə müttəfiqləri ilə Rusiya ordusunun Ukrayna sərhədləri boyu cəmləşdirilməsi barədə məsləhətləşmələr aparacaq. Müttəfiqlər Rusiyanın mümkün hərəkətlərinə qarşı birgə cavab addımlarını müzakirə edəcəklər. CNN xəbər verir ki, bu haqda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bildirib.
“Gələn həftə biz Rusiya ilə Ukrayna sərhədlərində nələrin baş verdiyinə dair qiymətləndirmələrimiz haqda danışacağıq”, – diplomat bildirib. Donfrid əlavə edib ki, Amerika tərəfi Ukrayna prezidenti Vladimir Zelenskinin ölkədə dekabrın 1-də Rusiyanın dəstəyi ilə dövlət çevrilişinin planlaşdırdığı haqda bir gün əvvəlki bəyanatına dair əlavə informasiyalar almağa çalışır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar