Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

ÜST yeni ştamı adlandırarkən niyə 2 hərf irəli adlayıb? - AÇIQLAMA

Tarix: 27-11-2021 17:50     Baxış: 3212 A- / A+


Koronavirusun yeni B.1.1.529 variantı ilə bağlı xəbərlər ilk dəfə ortaya çıxmağa başlayanda, çoxları onun Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "Nu” adlandırılacağını gözləyirdi.

Manevr.az xəbər verir ki, ÜST koronavirus variantlarını yunan əlifbasına əsasən adlandırır və növbəti mövcud hərf isə, "Nu” idi. Bununla belə, qurum Cənubi Afrika və Botsvanada aşkarlanan yeni ştamı "təhlükəli” müəyyən edərək ona,  "Omicron” adını verdi. Bu isə o deməkdir ki, əlifbada iki hərfi gözardı ediblər - Nu və Xi. Bəs, bunun səbəbi nədir?
Bununla bağlı Harvard Tibb Məktəbinin professoru, epidemioloq Martin Kulldorf fikirlərini bölüşüb. O, "Twitter” hesabında ÜST-ün yeni növü  "Xi” adlandırmaq məcburiyyətində qalmamaq üçün "Omicron”a müraciət etdiyini deyib. Belə ki,  onun fikrincə, dünya üçün, xüsusən də orijinal virusun mənşəyi istiqamətindəki bütün mübahisələrdən sonra,  Çin prezidenti Si Jinpinin (Xi Jinping) adını daşıyan koronavirus variantı ilə mübarizə aparmaq olduqca yöndəmsiz olardı. "ÜST  "Xi”dən qaçmaq üçün "Omicron”u seçdi”, - deyə Martin əlavə edib./redaktor.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar