Xəbər lenti
Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
Çində milyondan artıq uyğurun düşərgələrdə həbs şəraitində saxlanılması son illər xeyli müzakirə olunub. Qərb mətbuatı bu haqda yüzlərlə yazı hazırlayıb. Çin ittihamları qəbul etmir. Amma həmin düşərgələrdən canını qurtarmağı bacaran az sayda şəxs böyük işgəncələrdən danışır.
Manevr.az xəbər verir ki, Çində uyğurların kütləvi saxlanıldığı yeni düşərgələr aşkar olunub. Quanquan adlı çinli bloger Sincan-Uyğur Muxtar Rayonunda 20 dəqiqəlik video çəkib. Burada ictimaiyyətə məlum olmayan bir neçə düşərgənin yerləşməsi üzə çıxıb.Çinli blogerin çəkdiyi görüntülər “YouTube” portalında yer alıb. Bu, tədqiqatçıların diqqətini dərhal çəkib. İndi blogerin həyatının təhlükədə olmasıyla bağlı narahatlıq var.
İnsan haqları üzrə ixtisaslaşmış uyğur mütəxəssis Rayhan Əsəd deyir ki, düşərgələrlə bağlı videoya təəccüblənmir. Çünki Çin hökumətinin “xoşbəxt uyğurlar” nağılına inanmayan lap çoxdur: “Ümid edirəm ki, həmin bloger kimi Çində çox insan ölkə vətəndaşlarının haqlarının bərpası üçün çalışacaq”.
Quanquanın videolarında 18 həbsxana gözə dəyir. Blogerin dediyinə görə, Sincan-Uyğur Muxtar Rayonuna ilk dəfə 2019-cu ildə velosipedlə gedib. Sonradan uyğurların başına gələnlər haqda eşidib. Bloger bundan sonra başqa məqsədlə səfər planlayıb.
Belə anlaşılır ki, Quanquanın muxtar rayona ikinci səfəri 2020-ci ildə baş tutub. O, düşərgələrin yerini tapmaq üçün peyk xəritələrindən istifadə edib. Beləcə, 8 şəhərdə 18 həbsxana aşkarlanıb.
Blogerin aşkar etdiyi bəzi həbsxanalar heç peyk xəritələrində də yaxşı görünmür. O, hətta muxtar rayonunu paytaxtı Urumçidə də kütləvi saxlanma yerləri tapıb.
Quanquanın bildirib ki, Sincan bölgəsinə əcnəbi jurnalistlər burxılmır. Buna görə bloger özü risk etmək qərarına gəlib.
“Associated Press” əməkdaşları bu ilin iyulunda Urumçidəki düşərgələrdən birində olmuşdu. Təbii ki, yerli rəhbərlik hər şeyi kamuflyaj etməyə çalışmışdı. Amma jurnalistlər burada təxminən 10 min uyğurun saxlanması qənaətinə gəlmişdi.
Quanquan Sincan bölgəsində yaşayan bir neçə çinli ilə söhbətindən söz açıb. Ona xeyli uyğurun ucuz işçi qüvvəsi kimi başqa yerlərə göndərildiyi danışılıb. Quanquan Çin hökuməti ilə kəllə-kəlləyə gələ bilməyəcəyini deyib. Buna baxmayaraq, bloger əlindən gələni etməyə hazır olduğunu dilə gətirib.
Çinin Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirib. Nazirliyin təmsilçisi Çjao Litszyan Sincan-Uyğur Muxtar Rayonunda yalnız terrorizmə, radikalizmə və separatizmə qarşı tədbirlər planı həyata keçirildiyini iddia edib./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar