Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ƏN GÜLMƏLİ ölümləri

Tarix: 25-11-2021 20:33     Baxış: 3602 A- / A+
Dünyanın  ƏN GÜLMƏLİ   ölümləri
Bu dünyaya gəldiyimiz kimi bir gün də ölüb o dünyaya gedəcəyik. Yaşından asılı olmayaraq ən yaxın adamımızın ölümü bizi kədərləndirir.
Manevr.az lent.az-a istinadən dünyanın ən qəribə və gülməli ölümlərini təqdim edir. 
1. Misirdə yaşayan kəndli toyuqlarından birinin Nil çayına düşdüyünü görür. O, özünü çaya atıb toyuğunu qurtarmağa çalışır. Bundan sonra toyuğun sahibi özü burulğana düşür. Atasına köməyə gələn oğul da onunla eyni taleyi bölüşərək çaydan çıxa bilmir. Onları xilas etmək üçün ailənin digər üzvləri də gəlir. Ancaq ailənin 6 üzvü Nilin sularında boğularaq ölürlər. 
Qeyd edək ki, bütün ailə həyatını itirsə də, toyuq xilas olur. 



2. 1995-ci ildə  Amerikada bir kişi kola aparatından pulsuz içki almağa çalışır. Elə bu vaxt maşından atılan metal qablı kola adamın başına dəyir. O, elə yerindəcə həyatını itirir. 


3. 1940-cı ildə yamaykalı jurnalist Markus Qarvi atasını dəfn olunduğu qəbirsitanlığa gəlir. O, burada məzarların birində öz adını, soyadını görür. Qarvi şok keçirir və elə oradaca ürək tutmasından vəfat edir. 


4. Braziliyanın Karantinga qəsəbəsində həyətdə otlayan bir tonluq inək evin damına tullanır. Bu zaman inək evdə yatan 45 yaşlı Joa Mariya de Souzanın üzərinə düşür. Hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilən de Souzanın həyatını xilas etmək mümkün olmur. 


5. Həyat yoldaşı ilə zarafat etmək istəyən Cek Fen yalandan özünü asmış kimi göstərir. Həyat yoldaşı evə gələndə onu bu halda görüb huşunu itirir. Elə həmin vaxt qapının yanından keçən qonşu cütlüyü yerə sərilmiş vəziyyətdə görür və onların hər ikisinin öldüyünü fikirləşir. Yaranmış vəziyyətdən istifadə edərək o, oğurluq üçün evə girir. Qadın evdə olan dəyərli əşyaları yığıb qapıdan çıxmaq istəyəndə Cek onun ayağından tutur. Oğru meyitin dirildiyini düşünür və elə yerindəcə qorxudan ürəyi partlayaraq ölür.


6. Nyu-Yorkun əsas küçələrindən birində maşın astaca piyadaya toxunur. Bu zaman piyada heç bir şey olmamış kimi yoluna davam edir. Lakin kənardan keçən bir şəxs ona yerindən qalxmasaydı sığortadan yaxşı pul ala biləcəyini bildirir. Kişi sevinərək təkrar maşının qabağına uzanır. Bu dəfə sürücü onu görmür və sürətlə üstündən keçir. Adam elə oradaca dünyasını dəyişir. 


7. 1993-cü ildə Qari Qoy ofisdəki pəncərələrin qırılmaz şüşədən olduğunu sübut etmək istəyir. Bu vaxt bədəni ilə şüşəyə söykənərək onu vurmağa çalışır. Nəticədə çoxmərtəbəli binadan yıxılaraq ölür. 


8. Xay Rahnajet adlı iraqlı terrorçu hədiyyə qutusunun içinə bomba qoyaraq, sui-qəsd təşkil etdiyi şəxsin evinə göndərib. Lakin poçt xidməti ödəniş ilə bağlı problem nəticəsində bağlamanı geri qaytarır. Paketi alan terrorçu içinə bomba qoyduğunu unudaraq onu açır. Nəticədə bomba partlayır və o özü ölür. Bu hadisə həmin vaxtlar ölkədə böyük gündəm olub.


9. Argentinanın Buenos-Ayres şəhərində kişi həyat yoldaşını öldürməyə cəhd edir. Bu məqsədlə əvvəlcə 23-cü mərtəbədən arvadını aşağı atır, sonra onun ölüb-ölmədiyini yoxlamaq üçün əyilərək baxmaq istəyir. Bu zaman kişi pəncərədən yıxılır və elə yerindəcə keçinir. İşin maraqlı tərəfi odur ki, onun həyat yoldaşı naqillərə ilişərək yerə düşmür və sağ qalır. 


10. Dünyanın ən uzun saqqallı adamı kimi tanınan avstriyalı Hans Ştaynqer həvəslə uzatdığı saqqalının bir gün onun ölümünə səbəb olacağını ağlına belə gətirməmişdi. O, bir gün 1 metr 41 santimetr uzunluğundakı saqqalına ilişərək müvazinətini itirərək yerə yıxılır. Boynu qırılan Ştaynqer anında dünyasını dəyişir. 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar