Xəbər lenti
Nostradamus 2022-ci il haqqında nə demişdi...
Gələcəklə bağlı proqnozlarıyla məşhurlaşmış Mişel Nostradamusun 16-cı əsrdə yazdıqları, dedikləri hələ də müzakirə olunur. Əlkimyaçının ehtimallarının doğruluğuna inananlar yetərincə çoxdur. Bolqarıstan mətbuatı Nostradamusun 2022-ci il haqqında yazdıqlarını təqdim edib.
Manevr.az xəbər verir ki, fransızın yazdığı bir çox şeylər sonradan təsdiqini tapıb. Məsələn, Nostradamus Londondakı böyük yanğını ehtimal etməyi bacarmışdı. O, məşhur sərkərdə Napoleonun hakimiyyətə gələcəyini də proqnozlaşdırmışdı. Atom bombasının yaradılmasını, ABŞ-ın keçmiş prezidenti Con Kennedinin öldürülməsini də bu siyahıya əlavə etmək olar.Nostradamus təxminən 500 il əvvəl yazıb ki, Şimali Koreya ilə Cənubi Koreya, nəhayət, birləşə biləcək. Hər halda, Bolqarıstan mətbuatı bunu iddia edir. Şimali Koreya lideri Kim Çen Inın ölkədən qaçacağı, Rusiyada sığınacaq tapacağı bildirilir. Onun babasının və atasının da hakimiyyətini nəzərə alsaq, ailəsinin 65 ildir ölkəni idarə etdiyini demək olar. Kim Çen In isə 2011-ci ilin dekabrın 17-dən Şimali Koreyaya başçılıq edir.
Nostradamus 2022-ci ildə günəşin şüalarının daha faydalı olacağını yazıb. Yəni planetdə günəş enerjisindən xeyli geniş istifadə etməyə başlayacaqlar. Elektrik enerjisinin qiymətlərinin durmadan artmasına qarşı yaxşı mübarizə üsuludur. Bundan başqa, Nostradamus kosmik turizmə eyham vuran ifadələr yazıb.
Əlkimyaçı hələ beş əsr əvvəl əmin olub ki, planetdə orta temperatur xeyli yüksələcək. Təbii resursların azalmağa doğru getməsi onu da ciddi narahat edirmiş.
Nostradamus Rusiya rəhbərinin başqa planetdən olanlarla əlaqəsini proqnozlaşdırıb. Yəqin ki, söhbət Vladimir Putindən gedir. Nostradamus İtaliyanın böyük maliyyə böhranl ilə üzləşəcəyini, Çin yuanının dünyanın ən əhəmiyyətli valyutasına çevriləcəyini xüsusi vurğulayıb. Avropa ölkəsində işsizlik kütləvi hal alacaq. İtalyanlar çox əziyyət çəkəcək.
Nostradamus Üçüncü Dünya Müharibəsinin Yaxın Şərqdən alovlanacağına inanıb. Buna “İslam dövləti”nin səbəb olacağı da yazılıb. Amma fransız 2022-ci ildə Rusiya ilə Ukraynanın barışacağına əminlik ifadə edib./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar