Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Qəddafinin oğlunun prezidentliyə namizədlik ərizəsi rədd edildi

Tarix: 25-11-2021 09:09     Baxış: 4210 A- / A+

Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin oğlu Seyfulislam Qəddafinin prezident seçkilərində namizədliyi ilə bağlı müraciəti rədd edilib.
Manevr.az “qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Liviya rəsmisi “Anadolu” agentliyinə bildirib.
“Liviya məhkəmə sistemi S.Qəddafinin 24 dekabr prezident seçkiləri üçün namizədlik ərizəsini rədd edib. O, haqqındakı məhkəmə qərarının ləğvi ilə bağlı sənəd təqdim edə bilməyib”, - mənbə bildirib.
Qeyd edək ki, Qəddafi noyabrın 14-də Ali Seçki Komissiyasının Sebha şəhərindəki şöbəsinə şəxsən gedib və prezident seçkilərində rəsmi namizədliyini irəli sürmək üçün müraciət edib.
Xatırladaq ki, Seyfulislam Qəddafi insanlığa qarşı cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən axtarışa verilib.
Liviya Hərbi Baş Prokurorluğu da Seyfulislam üçün “qətl” və “muzdlulardan istifadə” ittihamları ilə həbs qərarı vermişdi.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar