Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın əsl niyyəti budur - Markov

Tarix: 24-11-2021 20:58     Baxış: 4234 A- / A+

Nikol Paşinyan qərbmeyilli siyasətçidir. O istərdi ki, Ermənistan Rusiyadan istifadə etsin, amma Qərb tərəfə hərəkət etsin.
Manevr.az xəbər verir ki, bunu report-a açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.
Ekspert qeyd edib ki, Ermənistanın Baş naziri Rusiyadan kömək umur, belə ki, rəsmi Moskvanın İrəvana kifayət qədər yardım etmədiyini düşünür: “Bu, Ermənistanda Rusiya əleyhinə nümayişlərin keçirilməsinə səbəb olur. Paşinyan isə digər təşkilatlara üz tutacağı, kömək üçün Fransa, ATƏT, NATO, ABŞ və digərlərinə müraciət edəcəyi ilə şantaj edir”.
Politoloq vurğulayıb ki, Avropa İttifaqı və Fransa Qarabağ məsələsində təşəbbüsü Rusiyanın əlindən almağa çalışır: “Paşinyan bundan Rusiyaya qarşı şantaj aləti kimi istifadə etməyə çalışır, bu səbəbdən dekabrın 15-i Prezident Əliyev ilə Brüsseldə görüşmək istəyir”.
S.Markovun sözlərinə görə, bu, Rusiyanın kəskin narazılığına səbəb olub, belə ki, Paşinyan noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşmək istəmədi, amma Avropa İttifaqının vasitəçiliyi ilə görüşmək istədi: “O, vəziyyəti yumşaltmaq üçün Brüsseldən öncə Azərbaycan və Rusiya liderləri ilə Soçidə görüşür, lakin bu görüş onun üçün məcburi xarakter daşıyır. O, Rusiyanın qəzəbini soyutmağa çalışır”.
Rusiyalı ekspert bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün rəsmi İrəvanın diplomatik səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıması tələb olunur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar