Sizin Reklam Burada
Xəbər lenti
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Nursultan Nazarbayev partiya sədrliyindən istefa verdi

Tarix: 23-11-2021 16:49     Baxış: 3213 A- / A+
Nursultan Nazarbayev partiya sədrliyindən istefa verdi
Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev Nur Otan Partiyasının sədrliyi səlahiyyətlərini ölkənin hazırkı Prezidenti Kasım-Jomart Tokayevə təhvil vermək barədə qərar qəbul edib.
"RİA Novosti” xəbər verir ki, bunu Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay tviter səhifəsində yazıb.

"Nursultan Nazarbayev Partiyanın Siyasi Şurasının genişləndirilmiş iclasında Nur Otan Partiyasının sədri səlahiyyətlərinin təhvil verilməsi barədə qərar qəbul edərək bildirib ki, partiyaya prezident başçılıq etməlidir. Səlahiyyətlərin təhvil verilməsi partiyanın nizamnaməsinə uyğun həyata keçiriləcək”, - o deyib.

Qeyd edək ki, Nursultan Nazarbayev 30 ilə yaxın Qazaxıstana başçılıq edib. 2019-cu il martın 20-də Təhlükəsizlik Şurasının başçısı və Nur Otan Partiyasının sədri vəzifəsində qalıb. 2021-ci ilin aprelində isə o, Qazaxıstan Xalqları Assambleyasının sədri vəzifəsini tərk etdiyini bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar