Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
BÜTÜN XƏBƏRLƏR

İqor Korotçenkonun feysbuk səhifəsi yenidən blok edilib

Tarix: 22-11-2021 17:48     Baxış: 3213 A- / A+
İqor Korotçenkonun feysbuk səhifəsi yenidən blok edilib


“VMedia” yutub-kanalının “Heç İŞİD terrorçuları da belə şeylər törətməyib” adlı filmini paylaşmış rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenkonun feysbuk səhifəsi yenidən blok edilib.

Dünən erməni teleqram-kanalları bu video ilə bağlı fəal şəkildə “dezinformasiya” və “nifrətin təbliği” kimi kütləvi şikayətlər etməyə çağırırdılar. Görünür, onlar öz məqsədlərinə çatıblar.
Bundan belə bir nəticəyə gəlmək olar ki, “Facebook” sosial şəbəkəsi və şəxsən Mark Sukerberq Azərbaycanın həqiqət səsini boğaraq, faktiki olaraq, ermənilərin hərbi cinayətlərini ört-basdır edir. Bu elə bir haldır ki, videonun dilini kontent müəyyən edir. “VMedia” kanalı erməni istifadəçilərin “nifrətin təbliği” kimi tərif edilən ifadələrdən istifadə etmək məcburiyyətindədir. Əslində isə filmin müəllifləri heç kimi ittiham etmir və heç nəyi təbliğ etmirlər, onlar sadəcə “Niyə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalı dövründə beynəlxalq qurumlar Azərbaycan xalqının mədəni-tarixi irsinin dağıdılması haqqında məsələ qaldırmayıblar” sualına cavab tapmağa çalışırlar.
İndi isə başqa bir sual ortaya çıxır: Niyə “Facebook” sosial şəbəkəsi İŞİD ilə müqayisə oluna biləcək və ondan daha betər cinayətkarlar haqqında həqiqətən açılmasına imkan vermir?
Xatırladaq ki, “Heç İŞİD terrorçuları da belə şeylər törətməyib” adlı filimdə erməni işğalçılarının Azərbaycan ərazilərində törətdikləri cinayətlərdən söhbət açılır. Filmdə qəbirləri məhz edən, başqa sözlə desək, ölülərlə savaşan erməni terrorçularının barbarlığının və vəhşiliyinin hətta İŞİD silahlılarını belə arxada qoyduğu qeyd olunur. Filmin müəllifləri UNESCO, dünya ictimaiyyəti və Rusiyanın mədəniyyət xadimlərinin bu cinayətlərə səssiz qalmasının səbəbini soruşurlar./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar