Xəbər lenti
Putin dünyanı hədələmişdi... – Generaldan bununla bağlı şok iddia
Son illər qonşuları ilə gərgin münasibətlərlə gündəmə gələn və hərbi sahədə xüsusi fəallıq göstərən Rusiya son günlər ordusuna hipersəs raketlərinin cəlb olunacağı ilə diqqət mərkəzindədir.
Manevr.az xəbər verir ki, başda ABŞ olmaqla bir çox ölkəni hədələyən Rusiya ilə bağlı növbəti tənqidi açıqlama Amerikadan gəlib.ABŞ Kosmik Qüvvələrinin Kosmik Əməliyyatlar İdarəsi komandanının müavini general Devid Tompson bildirib ki, Rusiya və Çin hipersəs texnologiyaları sahəsində Amerikadan üstündür.
“Hipersəs proqramları baxımından ruslar və çinlilər qədər inkişaf etməmişik”, - Tompson söyləyib.
General ABŞ Kosmik Qüvvələrinin hipersonik raketləri izləmək üçün ehtiyac duyulan layihə üzərində işlədiyini bildirərək, bunun meydan oxuma olduğunu deyib.
Rusiya Prezidenti Vladimir Putin sentyabr ayında ilk dəfə nüvə sualtı gəmisindən atılmaq üçün sınaqdan keçirilən “Sirkon” hipersəs raketlərinin gələn ildən etibarən donanmaya təhvil veriləcəyini açıqlayıb. Rusiya lideri raketi “rəqsibsiz” adlandırıb.
Rusiya ordusunda hipersəs raketləri olan və onları döyüşə hazır vəziyyətdə saxlayan yeganə ölkədir.
“Sirkon” hipersəs raketinin sınaqlarının 2022-ci ildə başa çatdırılması nəzərdə tutulur, hipersəs raket atma qabiliyyətinə malik “Kinjal” və “Avanqard” raket kompleksləri isə artıq ordunun istifadəsinə verilib.
Putin ötən həftələrdə verdiyi açıqlamalarda dünyada bənzəri olmayan müasir silahların Rusiyanın hərbi təhlükəsizliyinin yüksək səviyyədə təmin etdiyini bildirib./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar