Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

İranda vurulan Ukrayna sərnişin təyyarəsi ilə bağlı məhkəmə başlayıb

Tarix: 21-11-2021 20:39     Baxış: 3205 A- / A+

İranda vurulan Ukraynaya məxsus sərnişin təyyarəsi ilə bağlı açılmış cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib.

Manevr.az-ın məlumatına görə, Tehran Hərbi Məhkəməsində keçirilən ilk iclasda anket məlumatlar dəqiqləşdirilib. Məhkəmə iclasında cinayət işi üzrə ittiham olunan 10 nəfər, şikayətçilər, həlak olanların ailələri və vəkillər iştirak edib. Qeyd edək ki, 2020-ci ilin yanvar ayının əvvəllərində göyərtəsində 176 nəfər olan “Boeing 737-800” tipli təyyarə Tehran hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra raketlə ardıcıl iki dəfə vurulub. İran Dövlət televiziyası ilə yayımlanan İran Silahlı Qüvvələri Baş Qərargahının (SQBQ) bəyanatında deyilir ki, Ukrayna Beynəlxalq Hava Yollarına (UİA) məxsus Boeing təyyarəsi hərbi əməliyyatlar bölgəsinə yaxın məsafədə olarkən, yanlışlıq nəticəsində düşmən obyekti kimi hədəfə alınıb./apa

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar