Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Saakaşvilinin səhhəti ilə bağlı həkimlərin rəyi

Tarix: 21-11-2021 10:57     Baxış: 3217 A- / A+


"Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili təyin olunmuş sxem üzrə yeməyə başlayıb".
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Gürcüstan Dövlət Şurasının üzvü Nino Şaraşenidze deyib. Baş nazir İrakli Qaribaşvilinin tapşırığı ilə yaradılan şura əvvəlcə Saakaşviliyə şənbə günü gecə köçürüldüyü Qori xəstəxanasında baş çəkib.
"Biz laboratoriya tədqiqatları ilə tanış olduq, terapevtik vəziyyəti qiymətləndirdik, gələcək laboratoriya tədqiqatlarını təyin etdik, müalicə rejimini və dərmanları seçdik", - Şaraşenidze bildirib.
O qeyd edib ki, Saakaşvili artıq dietoloq və qastroenteroloq tərəfindən də müayinə olunub:
"Biz gələcək gün üçün plan, müalicə və qidalanmanın yeni taktikasını hazırlamışıq". 
Onun sözlərinə görə, Saakaşvilinin baş ağrıları və səhhətində müəyyən problemlər davam edir.
Nevroloq Aleksandr Tsiskaridze öz növbəsində Saakaşvilinin nevroloji vəziyyətinin dünənlə müqayisədə yaxşılaşdığını, lakin bəzi problemlərin qaldığını qeyd edib.
"Ümid edirik ki, adekvat müalicə fonunda vəziyyət pisləşməyəcək. Hələlik arxayınlaşmamalıyıq. Ümid edirik ki, daimi monitorinq fonunda fəsadların qarşısını almaq olar", - Tsiskaridze deyib.
Hazırda şuranın həkimləri yazılı rəy hazırlamağa hazırlaşır.
Qeyd edək ki, Saakaşvili şənbə günü gecə həbsxana klinikasından Qori hərbi  hospitalına köçürüldükdən sonra 50 günlük aclıq aksiyasına son qoyub. Hazırda o, reanimasiya şöbəsindədir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar