Xəbər lenti
Saakaşvili aclıq aksiyasını dayandırıb
Gürcüstanın Səhiyyə Nazirliyinin nəzdində yaradılmış həkimlər şurası Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Qori xəstəxanasında keçirəcəyi aclıq aksiyasından geri çəkilməsi üçün protokol hazırlayır.
Manevr.az xəbər verir ki, bu barədə onun həkimi Nikoloz Kipşidze mılumat verib.“Saakaşvili şənbə günü gecə həbsxana klinikasından Qori hərbi xəstəxanasına köçürüldükdən sonra 50 günlük aclıq aksiyasına son qoyub. Hazırda reanimasiya şöbəsindədir. Bizim həkimlər şurasının iclası olacaq, orada yerli həkimlərlə birlikdə müalicə sxeminə baxacağıq”, - Kipşidze bildirib.
O qeyd edib ki, müalicə prosesinin özü uzun çəkəcək və eks-prezidentin səhhətini bərpa etmək üçün vaxt lazımdır.
Saakaşvili müalicəsi müddətində Qori hərbi hospitalında olacaq. Məhkəmə prosesi başa çatdıqdan sonra o, Rustavi həbsxanasına qaytarılacaq və iki cinayət işi üzrə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkməyə davam edəcək. Müddət onun bu il oktyabrın 1-də həbs edildiyi andan başlayır.
Eks-prezidentin həbs müddətinin artacağı istisna edilmir. Hazırda ona qarşı məhkəmədə üç iş gedir, onlardan birinin maksimum müddəti 9 ildir.
Saakaşvili həbs olunduğu gün özünü siyasi məhbus adlandıraraq aclıq aksiyasına başlayıb və bütün ittihamların uydurma olduğunu iddi edib./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar