Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Gülən Türkiyəyə ekstradisiya edilir? – FTB-nin nümayəndə heyəti Ankarada

Tarix: 20-11-2021 17:04     Baxış: 4292 A- / A+
Gülən Türkiyəyə ekstradisiya edilir? – FTB-nin nümayəndə heyəti AnkaradaABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) nümayəndə heyəti 2 il sonra Türkiyəyə sürpriz səfər edib.
Manevr.az teleqraf.com-a istinadla xəbər verir ki, aralarında yüksək vəzifəli şəxslərin olduğu FTB heyəti ötən həftə Ankaraya gələrək Türkiyə Təhlükəsizlik Baş İdarəsi, Terrorizmlə Mübarizə, Narkotik Cinayətlər, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Kəşfiyyat idarələrinin rəhbərləri ilə görüşlər keçirib.
“Hürriyət”in məlumatına görə, Türkiyə FETÖ, PKK və İŞİD terror təşkilatlarının dosyelərini FTB rəsmiləri ilə müzakirə edib. FTB və Təhlükəsizlik Baş İdarəsi beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıqla birgə mübarizədə və bu sahədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb.
Türkiyə tərəfi FTB-yə FETÖ lideri Fəthullah Gülənlə birlikdə ABŞ-a qaçan bu terror təşkilatının yüksək rütbəli rəhbərləri və bu şəxslərlə bağlı aparılan araşdırmaların dosyeləri barədə də geniş məlumat verib. Bundan başqa, FETÖ-nün ABŞ-dakı məktəbləri başda olmaqla bu təşkilatın digər obyektləri barədə dosyelər FBI-ya təqdim olunub. Eyni zamanda, Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı müzakirə aparılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar