Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Mixeil Saakaşvili Qoridəki hərbi hospitala köçürülüb

Tarix: 20-11-2021 10:03     Baxış: 4241 A- / A+

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Tbilisidə saxlanıldığı Qldani həsxanasının klinikasından reanimobillə Müdafiə Nazirliyinin Qori şəhərindəki Giorgi Abramişvili adına hərbi hospitalına köçürülüb.
Manevr.az report-a istinadən xəbər verir ki, onun yerləşdirildiyi palatanın pəncərələrində metal barmaqlıqlar quraşdırılıb, hospital yaxınlığında polis nəzarəti gücləndirilib.
Siyasətçi 50 gündür keçirdiyi aclıq aksiyasını dayandıracağını bildirib.

Gürcüstan ombudsmanı nəzdində yaradılmış həkim qrupunun rəyinə əsasən, uzunmüddətli aclıq nəticəsində M.Saakaşvilidə beyin zədələnməsi ilə xarakterizə olunan nevroloji pozuntu - Vernike ensefalopatiya yaranıb. Həkimlər bu gün onun təcili surətdə çoxprofilli hospitala yerləşdirilməsinə çağırıblar.
Qeyd edək ki, Qori hərbi hospitalı 2006-cı ildə M.Saakaşvilinin prezidentliyi dövründə yaradılıb. Çoxprofilli tibbi müəssisənin əsas pasiyentləri hərbçilər, keçmiş hərbi qulluqçular və onların ailə üzvləridir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar