Xəbər lenti
Azərbaycan tərəfi aviasiyadan başqa bütün növ texnikalardan istifadə edib - Mirzoyan
"Noyabrın 16-da Ermənistan ərazisinə daxil olan Azərbaycan əsgərləri atəşkəsə baxmayaraq, orada qalmaqda davam edirlər. Rusiya tərəfi Azərbaycanla sərhəddə itkin düşən erməni hərbçilərinin axtarışına yardım edir".
Manevr.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə deyib.
"Hazırda Ermənistan tərəfində 1 ölü, 12 əsir var, 24 erməni əsgərinin taleyi məlum deyil. Kəşfiyyat işləri Rusiya tərəfinin iştirakı ilə aparılır”, - Mirzoyan bildirib.
O, həmçinin xatırladıb ki, Rusiya tərəfinin vasitəçiliyi ilə noyabrın 16-da saat 18:30-dan etibarən hərbi əməliyyatlar dayandırılıb. Lakin çərşənbə axşamı Ermənistan ərazisinə daxil olan Azərbaycan əsgərləri orada qalmaqda davam edirlər. Mirzoyan qeyd edib ki, gərginliyin növbəti mərhələsi noyabrın 14-də saat 13:00-da başlayıb. "Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini işğal edib, nəticədə dörd erməni hərbi postu mühasirəyə alınıb. Azərbaycan əsgərləri və texnikası danışıqlardan sonra oradan çıxarılıb. Lakin bu vəziyyətin normallaşmasına səbəb olmadı, Bakı tərəfdən növbəti dəfə işğala cəhd edildi. Azərbaycan Silahlı Qüvvələri aviasiyadan başqa bütün növ texnikalardan istifadə edib. Ermənistan tərəfi cavab tədbirləri görüb. Bu, Ermənistana qarşı təcavüzdən başqa bir şey deyil"- deyə erməni xislətindən əl çəkməyən Mirzoyan iyrənc iddialar irəli sürüb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar