Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

500 dişi var, gündə iyirmisini dəyişir - Çənəsinə düşən hər şeyi yox edir

Tarix: 16-11-2021 21:23     Baxış: 3143 A- / A+

Elm adamları Şimali Amerikanın qərb sahillərində yaşayan “hannibal” balığı ilə bağlı yeni təfərrüatları açıqlayıblar. 500 dişi olan camış balığının gündə 20 diş dəyişdirdiyi ortaya çıxıb.
Manevr.az xəbər verir ki, uzunluğu bir metrə, çəkisi 80 kiloqrama çatan balığın qorxunc görünüşü və sərt qabıqları olan canlıları əzəcək qədər güclü çənəsi var.
Bu çənələrdə iynəyə bənzər 500 diş var. Kəskin dişləri sayəsində kalamardan xərçəngə qədər bir çox ovunu asanlıqla tuta bilən balıqların dişlərinin itiliyini necə qoruduğu məlum deyildi.
Yeni araşdırma sözügedən canlının dişlərinin üç faizini hər gün yenilədiyini üzə çıxarıb. Bu, hər gün bu dişlərin tökülməsi və yerində yenilərinin çıxması deməkdir.
Vaşinqton Universitetinin elm adamı və müəlliflərindən biri Karli Koen bu heyvanların dişlərinin bir çox digər balıqların dişlərinə bənzədiyini bildirib. Əldə edilən yeni faktlar camış balığının diş quruluşunu anlamaq Sakit okeanın digər sakinləri haqda da mühüm məlumatların əldə olunmasına imkan yaradacaq.
Koen və həmkarları 20 canlı camış balığı tutublar və onların dişlərini hansı müddətdə dəyişdirəcəyini müəyyən etmək üçün onları 10 gün izləyiblər./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar