Rusiya Prezidenti Vladimir Putin Belarus-Polşa sərhədindəki miqrant gərginliyi ilə bağlı danışarkən, NATO və ABŞ-ı da tənqid edib.
Manevr.az xəbər verir ki, Putin ABŞ hərbi gəmilərinin NATO missiyası çərçivəsində Qara dənizə girməsi və alyansın buradakı hərbi təlimlərinin Rusiyaya meydan oxuma olduğunu deyib.
“ABŞ və NATO müttəfiqləri Qara dənizdə plansız hərəkətlər həyata keçirirlər. Üstəlik, bu təlimlər üçün güclü şəkildə formalaşdırılmış Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri də təlimlərdə iştirak edir. Bu, bizə ciddi şəkildə meydan oxumadır”, – Rusiya başçısı bildirib.
Putin söyləyib ki, Rusiya Müdafiə Nazirliyinin planlaşdırılmamış təlimlərin keçirilməsi ilə bağlı təklifi var: “Amma mən hesab edirəm ki, bu təklif yersizdir və regionda gərginliyi daha da artırmaq olmaz. Hiss edirik ki, onlar dincəlməyə imkan vermirlər, amma qoy onlara bilsinlər ki, biz də sakit dayanmırıq”.
Avropa ölkələrinə keçmək üçün Belarus-Polşa sərhədlərində gözləyən 2 minə yaxın miqrantın vəziyyətinə toxunan Putin deyib: “Baş verənlərə baxanda ilk növbədə uşaqlara yazığım gəlir”.
O, buna görə Qərb ölkələrinin məsuliyyət daşıdığını vurğulayıb: “Gəlin miqrantlarla bağlı bu böhranın əsl mənbəyini unutmayaq. Bu problemləri yaradan Belarusdurmu? Xeyr, bunlar Qərb və ya Avropa ölkələrinin yaratdıqları problemlərdir”.
Putin Qərb ölkələrinin qaçqınların Rusiya hava yolu şirkətləri tərəfindən daşınması ilə bağlı iddialarına da cavab verib: “Hər kəs bilsin ki, bizim bu məsələ ilə heç bir əlaqəmiz yoxdur. Hər kəs müxtəlif səbəblərlə və ya heç bir səbəb olmadan məsuliyyəti bizim üzərimizə qoymağa çalışır”./teleqraf.com
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar