Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Fransanın Türkiyəyə qarşı çirkin oyunu... – Faktlarla ifşa olundu

Tarix: 14-11-2021 17:54     Baxış: 3157 A- / A+

Türkiyənin TRT telekanalının Fransa kəşfiyyatı və bu ölkənin “Lafarj” şirkəti ilə PKK və İŞİD terror təşkilatları arasındakı əlaqələrdən bəhs edən sənədli filmində diqqətçəkən detallar yer alıb.

Manevr.az xəbər verir ki, sənədli filmdə “Lafarj”ın Fransanın casus təşkilatları üçün vasitəmi rolunu oynadığı, İŞİD-in şirkətdən gəlir mənbəyi və hərbi planları üçün istifadə etdiyi üzə çıxıb.

İŞİD və PKK-nın 2014-cü ilin avqustunda razılaşma əldə etdiyi və bununla hər iki terror təşkilatının fransız şirkətindən iri həcmdə pul aldığı bildirilib.

Razılaşmaya əsasən “LafarJ”ın PKK və İŞİD-i maliyyələşdirəcəyi və beləliklə də şirkətin Suriyadakı fabrikinin açıq qalacağı müəyyən edilib. Həmin vaxt Fransanın maliyyə naziri olan Mişel Sapinin bu razılaşmadan xəbərdar olduğu da diqqətə çatdırılıb. Sapi üçün Maliyyə Nazirliyinin poçtuna şirkətin İŞİD və PKK ilə əməkdaşlığını əks etdirən sənədin göndərildiyi də deyilib.

Avropa Birliyi (AB) və Fransa hökuməti bundan xəbərdar olsa da, bu barədə “Lafarj”a heç bir xəbərdarlıq edilməyib və bu yöndə tədbir görülməyib.

“Lafarj”ın İŞİD-in əsas gəlir mənbəyi olması ilə yanaşı, təşkilatın hərbi planlarının icrasında mühüm rol oynayan və sementlə tunellər inşa edən baza olduğu da faktlarla sənədləşdirilib.

Digər tərəfdən, sızdırılmış yüzlərlə e-poçt, hesabat və diplomatik sənədlərlə “Lafarj”ın Suriyadakı sement fabrikinin Fransanın casus təşkilatları və xüsusi xidmət orqanları üçün cəbhə rolunu oynadığı da ifşa edilib./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar