Xəbər lenti
Kosmosdan salamat qayıdan iş adamı təyyarə qəzasında ölüb

ABŞ-ın Nyu Cersi ştatında təyyarə qəzası baş verib. Qəza nəticəsində 2 nəfər ölüb.
Manevr.az xəbər verir ki, "TRThaber"in verdiyi məlumata görə, qəzada həyatını itirənlərdən biri ötən ay kosmosa səyahətə çıxan məşhur iş adamı Qlen de Vries olub.49 yaşlı iş adamı Qlen de Vries Blue Origin ilə kosmosa gedən 4 nəfərdən biri olub.
Həmin səyahətdə o, “Ulduz yolu” serialında "Kapitan Kirk" kimi tanınan 90 yaşlı Uilyam Şatneri müşayiət edib.
Məşhur iş adamının vəfat etməsi ilə bağlı xəbəri kosmosa səyahəti təşkil edən şirkət sosial media hesabında təsdiqlətib: "Komandamıza böyük enerji verən Vriesin ölümü bizi sarsıtdı", - deyə şirkətin rəsmi hesabında bildirilib.
Qəza nəticəsində Qlen de Vries ilə təyyarədə olan daha bir 54 yaşlı şəxs dünyasını dəyişib. Dünyanın ən çox istifadə edilən klinik tədqiqat platformalarından birinin həmtəsisçisi olan Vries hobbi olaraq təyyarə idarə edirmiş./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar