Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat Geqam Manukyan: “Ermənistanla Azərbaycan sövdələşib“

Tarix: 11-11-2021 17:17     Baxış: 4134 A- / A+

“Qarşıdan gələn üçtərəfli görüşlə bağlı davamlı bəyanatlar, onların məzmununda dəyişikliklər fonunda hakimiyyət heç bir yeni sənəd imzalamadığı ilə fəxr etməyə çalışır. Lakin dünən baş verənlər açıq şəkildə təsdiqləyir ki, hökumət nəinki sənəd imzalayır, əksinə xalqın arxasından və parlamentdən gizli olaraq düşmən ölkə ilə şifahi sövdələşmələr aparır”.

Manevr.az xəbər verir ki, bu sözləri bu gün “Hayastan” fraksiyasının deputatı Geqam Manukyan İnsan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyasının növbədənkənar iclasında bildirib.
O, ictimaiyyətin diqqətini buna yönəldib ki, azərbaycanlıların Gorus-Qafan yolunda gömrük və sərhəd nəzarəti məntəqələrinin yerləşdirilməsi ilə bağlı rəsmi açıqlama yoxdur.
Qeqam Manukyan qeyd edib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində təsadüfən bu fakta toxunub, Azərbaycan tərəfinin Ermənistan hakimiyyətini əvvəlcədən xəbərdar etdiyini təsadüfən qeyd edib. 
Deputat onu da vurğulayıb ki, günün ikinci yarısında isə Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan Gorus-Qafan yoluna alternativ Tatev-Ağvan yolunun artıq istismara hazır olduğunu bildirib.
“Yəni, bütün faktlar onu göstərir ki, Ermənistan hakimiyyəti rəsmi bəyanat olmadan, rəsmi sənədlər olmadan, şifahi şəkildə Azərbaycanla sövdələşib. Xalqdan gizli olaraq daha bir sövdələşmə aparıldı, nəticədə Ermənistanın ərazi bütövlüyü itirildi, bütün Sünik (Zəngəzur) təhlükə altında qaldı”, - deyə Geqam Manukyan söyləyib./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar