Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Avropa Məhkəməsi Saakaşvili ilə bağlı QƏRARINI AÇIQLAYIB

Tarix: 11-11-2021 09:36     Baxış: 4184 A- / A+
Avropa Məhkəməsi Saakaşvili ilə bağlı QƏRARINI AÇIQLAYIBAvropa İnsan Haqları Məhkəməsi (AİHM) Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini aclıq aksiyasına son qoymasını tələb edərək penitensiar tibb müəssisəsindən özəl klinikaya köçürməsi barədəki iddianı təmin etməyib.
Bu barədə çərşənbə günü respublikanın ədliyyə naziri Rati Breqadze “Facebook” səhifəsində yazıb.
“2021-ci il noyabrın 10-da Strasburq Məhkəməsi Gürcüstan hökumətini yazılı şəkildə xəbərdar edib ki, elə həmin gün Mixail Saakaşvilinin nümayəndələri Avropa İnsan Haqları Məhkəməsinə aşağıdakı tələblə müraciət ediblər. Mixail Saakaşvilinin təhlükəsizliyi və sağlamlığı lazımi qaydada təmin edilmədiyindən 18 saylı tibb müəssisəsindən təcili olaraq özəl klinikaya aparılması iddia edilib. Lakin Strasburq məhkəməsi iddiaçının qeyd olunan tələbini təmin etməyib və Saakaşvilinin mülki klinikaya köçürülmək əvəzinə, onun aclıq aksiyasını dayandırmağa çağırıb”, Breqadze vurğulayıb.

Ədliyyə naziri əlavə edib ki, AİHM Gürcüstan hökumətinə noyabrın 24-dək Saakaşvilinin səhhəti barədə məlumat verməyi tapşırıb.
Bu arada keçmiş prezident vəkili Nika Qvaramiyan çərşənbə günü keçirdiyi brifinqdə bildirib ki, Strasburq məhkəməsi Saakaşvilinin işini prioritet məsələ kimi tanıyıb.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar