Xəbər lenti
“Saakaşviliyə telefonla danışmaq qadağandır”

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin telefon danışıqlarına qoyulan məhdudiyyət qüvvədə qalır.
Manevr.az xəbər verir ki, bunu prokuror Carci Tsiklauri qeyd edib. Çərşənbə günü Tbilisi şəhər məhkəməsi eks-prezidentin 2007-ci ilin noyabrı işi üzrə həbs-qətimkan tədbirini ləğv edib. Saakaşvilinin vəkilləri bildiriblər ki, bu yolla Saakaşvili telefon danışıqları hüququ əldə edə biləcək. Tsiklauri isə bunu inkar edib:
"Biz ittiham tərəfi olaraq ədalətin maraqlarına əsaslanaraq təqsirləndirilən şəxslərin müəyyən hüquqlarını, o cümlədən telefon danışıqlarını məhdudlaşdırdıq. Bu məhdudiyyət qüvvədə qalır, çünki bizim qanuni hüququmuz var və ondan ədalətin bərqərar olması üçün istifadə edirik”.
Onun sözlərinə görə, məhkəmə yalnız həbs-qətimkan tədbirini ləğv edib, hüquqların məhdudlaşdırılmasını yox.(qafqazinfo)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































