Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan kəndləri boşalır: Doğum azalıb, köç artıb...

Tarix: 10-11-2021 11:59     Baxış: 3177 A- / A+

"Ermənistandan başqa, bütün dünyada ən az bir ölkə tapa bilməmişik ki, kəndlərdə doğum nisbəti şəhərlərdən aşağı olsun. Kənd yerlərində ümumi doğum nisbətinin şəhər yerlərindən daha aşağı olması Ermənistanda görünməmiş bir vəziyyətdir. Heç vaxt belə bir şey olmayıb".

Manevr.az-ın verdiyi xəbərə görə, bu sözləri BMT-nin Ermənistan ofisinin Əhali Fondu Proqramının Meneceri Anna Hovhannisyan Ermənistanın kənd və şəhər yerlərində demoqrafik vəziyyəti barədə danışarkən deyib.
A.Hovanisyan bildirib ki, "adətən, Ermənistanda doğulanların böyük hissəsi kənd yerlərinin payına düşürdü, kəndlərdə daha çox ailələr var idi. Başqa sözlə desək, kəndlərdə ciddi bir problemimiz var, bu səbəbdən bizi indi kəndlərdə ailələrin niyə əvvəlki kimi çox uşaq sahibi olmadıqları düşündürür”.
Daha sonra A.Hovanisyan kəndlərdə doğum nisbətinin azalmasının bir neçə səbəbini sadalayıb:
"Birincisi, kəndlərdə mənzil məsələsi böyük problemdir, bütün layihələr İrəvanda həyata keçirilir. Gənc ailələr mənzil almaq istəyirsə, mütləq şəhərə, ən azından rayon mərkəzinə gəlməlidir. İkincisi, təhsilin keyfiyyəti, mədəni həyat, uşaqlar üçün inkişaf imkanlarının yoxluğudur. Ən vacib amillərdən birinin kənd yerlərində iş və məşğulluqun olmamağı və zəmanətsizliyidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bu istiqamətdə bir çox işlər görülməsinin vacibliyini bildirən A.Hovanisyan əlavə edib ki,  kənd yerlərində yaşayan qadınlar, iş vəziyyətindən asılı olmayaraq, 2 yaşına qədər uşaqlar üçün müavinətlər almağa başlayıblar. İndi kənd yerlərində qadınlar, əgər işsizdirlərsə, ayda 26.500 dram alırlar, işləyirlərsə onda, bu məbləğin ikiqatını - 53.000 dram alırlar.
Bu kiçik, lakin vacib addımın gələcəkdə demoqrafik vəziyyətə böyük təsir göstərəcəyinə ümid edirik. Xaricdə işləməklə əlaqədar olaraq kəndlərdən, xüsusən kişilər, mühacirətə gedənlər, əvvəllər müvəqqəti gedib, yalnız yay aylarında işləyib, yeni ilə evlərinə qayıdırdılarsa, indi vəziyyət bir qədər dəyişib, gedənlərin özləri ilə ailələrini götürmə halları çoxalıb"./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar