Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Rus fizik “Bayraqdar”ın zəif yerini “tapdı”

Tarix: 07-11-2021 14:21     Baxış: 3265 A- / A+






“Bayraqdar” zərbə PUA-sı mikrodalğalı silahlardan qorunmur və onu başqa silahlardan istifadə etmədən də vurmaq olar.
Manevr.az xəbər verir ki, bu iddia ilə Moskva Radiotexnika İnstitutunun direktor müavini İqor Yesakov çıxış edib.
Ukrayna ordusunun Donbasda bu silahdan istifadə ilə üstünlüyü ələ alacağı barədə danışan fizik bildirib ki, mikrodalğalı top elektroniki yandırmaq imkanına malikdir:
“Bayraqdar”ın maksimal hücum məsafəsi 8 km təşkil edir. Bu isə uzaqmənzilli mikrodalğalı topun radiusuna düşür. Digər tərəfdən, bu, PUA-nı məhv etmək üçün ən ucuz vasitədir. “Bayraqdar”ı adi raket sistemi ilə də vurmaq olar, ancaq bu çatışmazlığı türklər aradan qaldıra bilərlər. Mikrodalğalı silahdan isə “Bayraqdar”ı qorumaq mümkün deyil”.
Qeyd edək ki, “Bayraqdar” PUA-sının döyüş imkanları və qarşısıalınmazlığı bir çox dünya mərkəzi tərəfindən öyrənilir və ondan qorunmaq üçün müxtəlif ehtimallar səsləndirilir. Rusiyalı fizikin də bu fikirləri praktik deyil, ehtimallar üzərində qurulmuş fərziyyədir./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar