Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

İraqda baş nazirə PUA ilə hücum: 10 təhlükəsizlik əməkdaşı yaralandı

Tarix: 07-11-2021 10:15     Baxış: 5199 A- / A+

DÜNYA

İraqın Baş naziri Mustafa Əl-Kazimi

Bazar günü gecə saatlarında Bağdadda partlayıcı ilə təchiz edilmiş pilotsuz uçan aparat (PUA) vasitəsilə İraqın Baş naziri Mustafa Əl-Kaziminin həyatına sui-qəsd edilib. 
Manevr.az xəbər verir ki, bu barədə baş nazir “Twitter” səhifəsində yazıb: 
“Allaha şükür, xəsarət almamışam, xalqım arasında yaxşıyam. İraq adına hamını sakitliyə və təmkinliyə çağırıram”. 
Mustafa Əl-Kazimi əlavə edib ki, xəyanətkarların raketləri xalqın təhlükəsizliyini təmin edən qəhrəman təhlükəsizlik qüvvələrinin dözümlülüyünü və mətanətini bir zərrə qədər sarsıtmayacaq.
“Al Hadath” telekanalının məlumatına görə, baş nazirin təhlükəsizlik xidmətinin 10 əməkdaşı yaralanıb.
Qeyd edək ki, ilkin olaraq bu xəbəri “Əl Ərəbiyyə” telekanalı yayıb. Bildirilib ki, PUA hücumu baş nazirin Bağdadın “yaşıl zona” adlanan ərazisində yerləşən iqamətgahına edilib. 
Daha sonra İraq təhlükəsizlik rəsmiləri bu məlumatı təsdiqləyiblər. İraqın İNA xəbər agentliyinin verdiyi məlumata görə, təhlükəsizlik qüvvələrinin bəyanatında deyilir: "Əl-Kazimi xəsarət almayıb, o, sağlamdır. Təhlükəsizlik qüvvələri bu uğursuz cəhdlə bağlı lazımi tədbirləri görür". 
Hazırda “yaşıl zona”nın bütün girişlərində təhlükəsizlik tədbirləri xeyli gücləndirilib. İraq Silahlı Qüvvələri bəyan edib ki, “yaşıl zona”da təhlükəsizlik vəziyyəti sabitdir və nəzarət altındadır".apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar