Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

“Paşinyan erməniləri eşşək yerinə qoyub“ - Armen Aşotyan

Tarix: 05-11-2021 19:20     Baxış: 4541 A- / A+


“Sizə deyəndə ki, dəhliz olmayacaq, sizi aldadırlar. İstənilən halda dəhliz olacaq, problem başqa yerdədir: dəhlizə strateji müttəfiqimiz Rusiyanın qüvvələri, yoxsa Azərbaycan-Türkiyə qüvvələri nəzarət edəcək?”

Manevr.az xəbər verir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan jurnalistlərə açıqlamasında bildirib. O əmindir ki, Zəngəzur (Sünik) dəhlizi olacaq, əsas məsələ isə o dəhlizə kimin nəzarət edəcəyidir:
“Vasitəçi olacaq və yaxud kim idarə edəcək? Bura “bazar”dır, qalanı yalandır, xalq aldadılır.
Aşotyan qeyd edib ki, dünən Ermənistan MTX bildirib ki, dəhliz məsələsini güc yolu ilə həll etməyə cəhd etsələr, Ermənistan Respublikasının Silahlı Qüvvələri müqavimət göstərəcək:
“Əsgərlərimizin, zabitlərimizin, döyüşən əsil oğlanlarımızın sayəsində, ancaq nəsə edə bilərik, hansı ki, o ordu bizi Nikol gələnə qədər 28 il saxlayıb, amma Nikol o ordunu darmadağın edənə qədər əl çəkməyəcək.
Bəs sənin rəhbərlik etdiyin silahlı qüvvələrimiz təcavüzü dəf etməyə bu qədər qadirdirsə, niyə Göyçə gölü və Zod-Xəzinəvar sərhədimizi saxlaya bilmədiniz? Bir neçə yüz azərbaycanlını bir neçə kilometr aralıya göndərə bilərdiniz”.
Müxalifətçi əlavə edib:
“Nə qədər aldandığınızı başa düşürsünüz, əziz insanlar? Yəni biz azərbaycanlıları qanuni ərazimizdən çıxara bilmərik, amma hücum etsələr, onlarla bacara biləcəyikmi?
Camaat, sizdən üzr istəyirəm, amma Paşinyan hökuməti sizi eşşəyin yerinə qoyublar. Hətta qoydular, bunu həzm etdiniz və yenə də, həyasızcasına qoymağa davam edirlər. Onlar sizin səbr kasanızın hara qədər doldurulacağını anlamaq istəyirlər ki, çıxıb onu və onun dəstəsini devirib, rədd edəsiniz”./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar