Xəbər lenti
Amerika erası keçmişdə qaldı - SOS

Amerika siyasətçiləri müharibədən sonrakı dövr üçün həsrət çəkirlər və anlamırlar ki, ABŞ artıq dünya lideri olmaq vəziyyətində deyil.
Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın “The National Interest” nəşri yazıb.
Müəllif qeyd edir ki, Birləşmiş Ştatların II Dünya Müharibəsindən sonra hərbi-iqtisadi və siyasi sferalarda nümayiş etdirdiyi üstünlük tamamilə süni idi. Onun sözlərinə görə, bu üstünlük dünyanın xarabalığa çevrilməsi ilə bağlı idi.
“Sovet İttifaqı dağılandan sonra kommunist ideologiyasına qarşı durmaq öz əhəmiyyətini itirdi. Bununla da ABŞ-ın qlobal təsiri öz gücünü itirdi. Amerika üstünlüyünün əsası olan Vaşinqtonun liberal əxlaqlı siması milli, etnik və dini təzyiq altında dözmədi. Bütün bunlar onu göstərir ki, Amerika özünün son üstünlüyünə gəldi. ABŞ artıq heç vaxt lider rolunu özünə qaytarmayacaq”, - məqalədə qeyd edilib.
Bildirilir ki, ABŞ Rusiya və Çin kimi böyük dövlətlərlə bir yerdə yaşama üsulunu tapmalıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar