Xəbər lenti
Qlobal istiləşməyə görə qış 2, yay 6 ay sürəcək

Qlobal istiləşmə dünyada çox şeyi dəyişməyə qadirdir. Şimalda buzlar əriyir, okeanlarda suyun səviyyəsi yüksəlir. 2021-ci ilin yayı inanılmaz isti keçib. İrəlidə bizi hələ çox dəyişikliklər gözləyir.
Manevr.az xəbər verir ki, qlobal istiləşməyə görə qış 2, yay 6 ay sürəcək. İqlim dəyişikliyi üzrə hökumətlərarası qrupun proqnozları belə deyir. Elm adamları 21-ci əsr boyunca havaya buraxılan zərərli qazların həcminin artacağını ehtimal edir. Bu isə mövsümlərə ciddi təsir göstərəcək. Qış qısalacaq, yay günləri artacaq. Ümumiyyətlə, bütün fəsillər ənənəvi dövriliklə davam edə bilməyəcək.Elm adamları Tszyamin Van və Yupin Quan mövsümlərdə baş verəcək dəyişikliklərlə bağlı hesabat hazırlayıb. Hökumətlərarası İqlim Dəyişikliyi Panelinin tədqiqatçıları əmindir ki, qış günləri azalacaq, yay isə az qala iki dəfə uzanacaq. Amma qışın daha az müddəti əhatə etməsi də mümkündür.
Əlbəttə, yayın uzanması qulağa xoş gələ bilər. Unutmaq olmaz ki, mövsümlər arasındakı dəyişikliklər ekosistemə yalnız zərər vurur. Məhsul istehsalının da azalma ehtimalı var. Meşə yanğınları artacaq. Bütün bunlara görə sevinməyə dəyməz./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Təqvim
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar