Xəbər lenti
9 yaşlı Pərvanə kameralar qarşısında satıldı - İnsan dəhşəti

Manevr.az xəbər verir ki, 55 yaşlı kişiyə evlilik məqsədilə satılan Pərvanə Malikinin görüntüləri dünyada şok effekti yaradıb.
Pərvanə Malikinin ailəsi 4 ildir ki, Badgs əyalətində düşərgədə yaşayır.
Beynəlxalq humanitar yardımların çatmadığı Əfqanıstanda insan böhranı davam edir. Bir neçə ay əvvəl 12 yaşındakı qızını evlilik üçün satan Əbdül Malik bu dəfə 9 yaşındakı qızı Pərvanəni "CNN İnternational" kanalının kamerları önündə satıb.
8 nəfərlik ailənin ölməməsi üçün qızını satmaq məcburiyyətində qaldığını söyləyən Əbdül Malik 9 yaşlı Pərvanəni 2 min 200 dollara satdıqdan sonra tarla və qoyun alıb.
Hazırda bir xanımı olduğunu bildirən Qurban isə deyib ki, Pərvanə ucuzdur və atası da çox yoxsuldur: “Pula ehtiyacı vardı, Pərvanə evimdə işləyəcək, onu döyməyəcəyəm”.
Ata Əbdül Malik isə qızını satdığı Qurbana “O, sənin gəlinindir, lütfən ona yaxşı bax, indi sənin məsuliyyətindədir. Xahiş edirəm onu döymə” deyib./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar