Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

İranla müharibə ssenarisi hazırlayıram” – Generaldan şok etiraf/Video

Tarix: 01-11-2021 20:22     Baxış: 4214 A- / A+

İsrail Silahlı Qüvvələrinin idarə rəisi general Tal Kalman İranla danışıqların nəticəsiz qalacağı təqdirdə digər variantlara hazır olmalı olduqlarını bildirib.

Manevr.az xəbər verir ki, general Kalman Bəhreynin “Əl-Əyəm” qəzetinə verdiyi müsahibədə İranın nüvə fəaliyyətləri ilə bağlı açıqlamalar verib.General İranın nüvə fəaliyyətlərinin İsraillə yanaşı bütün dünya üçün də təhlükə yaratdığını deyib:
“Digər ölkələr də nüvə silahına sahib olmaq istəyəcək, bu səbəbdən Yaxın Şərqdə nüvə silahlanması yarışı başlaya bilər”.
İranın nüvə fəaliyyətləri ilə bağlı problemlərin diplomatik yolla həllinin tərəfdarı olduqlarını söyləyən Tal Kalman vurğulayıb:
“İşimin bir hissəsi İsrailin İranla qarşıdurma planlarını və imkanlarını hazırlamaqdır. Biz qarşıdurma, müharibə istəmirik. Biz bu məsələni diplomatik yolla həll etmək istəyirik. Amma qarşınızda aqressiv, hərbi imkanlarını artıran tərəf varsa, başqa ssenarilərə də hazırlaşmalıyıq”.
General əlavə edib ki, o, İrana qarşı mübarizədə bəhreynli həmkarları və Körfəzdəki digər ölkələrlə daha yaxından işləməyə ümid edir./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar