Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həm ziyarət, həm ticarət: hansı ölkədən nə hədiyyə almaq olar?

Tarix: 31-10-2021 20:19     Baxış: 4255 A- / A+


Şəhərdən şəhərə, ölkədən ölkəyə, hətta qitədən qitəyə səyahət etmək xoş təəssüratlar yaradır, həmin xatirələri özündə əks etdirən isə gəzdiyimiz ölkələrdən gətirdiyimiz suvenirlər, hədiyyələrdir. Özlərinə və yaxın dostlarına hədiyyə almaq istəyənlər üçün hansı ölkədən hansı hədiyyələri almaq məsləhətdir, onları təqdim edirik:
Türkiyə
Azərbaycanda hər dörd nəfərdən üçün yəqin ki, Türkiyədə olub. Qardaş ölkədən fərqli və xoş hədiyyələr üçün seçim kifayət qədər böyükdür. Məsələn, qəhvə içməyi və yemək hazırlamağı sevən xanıma hədiyyə seçmək çox asandır. Paslanmayan materialdan olan qəhvə dəstləri alın, çox davamlı və zövqlüdür. Türkiyədə ənənəvi naxışlarla olan ucuz keramika malları isə Kütahya və İznikdə satılır. Xanımlar üçün baş örtükləri, kişilər üçün türk papağı, şirniyyat olaraq rahatlukum ala bilərsiniz.
İtaliya
Əgər İtaliya şəhərlərindən birinə səyahət etmək planınız varsa, suvenirlər baxımından çox şanslısınız. Çünki hədiyyələr seçmikdə böyük alternativlər var. Məlumdur ki, İtaliyanın ən məşhur hədiyyəsi maskadır.
Manevr.az aviatravel.az-a istinadən bildirir ki, bu maskalar hər il Venesiyada keçirilən festivallarda istifadə olunur. Maskadan sonra italyanlar üçün mütləq olan makaronun da dadına baxmaq üçün götürə bilərsiniz. Dünyanın moda paytaxtı olan Milandan dəri çanta, ipək şarp və ya dəri ayaqqabı gətirə bilərsiniz. Romadan qladiotorların, Kolizeyin fiqurlarını, Venesiyadan murano şüşəsindən düzəldilmiş suvenir, bəzək əşyaları, Florensiyadan florensiya kağızından hazırlanan bloknotlar, dəftərlər ala bilərsiniz. Ağzınıza layiq bir şey axtarırsınızsa, İtalyan şərabı, pasta, mozarella pendiri, zeytun yağını unutmayın.
Fransa
Dost-tanış çevrəniz genişdirsə ən azı 10-15 ədəd Eyfel qülləsinə aid suvenirlər- brelokları çatan kimi alın atın bir kənara. Daha sonra Monmartrdan alınmış kiçik də olsa rəsm əsəriləri, Paris Disneylendinə yolunuz düşsə disney cizgi filmlərinə aid fincanlar, oyuncaqları alış-veriş siyahınıza əlavə etmək məsləhətdir. Yemək-içmək siyahısında birinci yerdə əvəzolunmaz dadı ilə məşhur fransız şərabları-Bordo, Burqundiya durur. Və əlbəttə ki ətirlər. Uşaqlıdan "fransuzkiy duxi"lərin nə demək olduğunu bilirsinizsə, Chanelsiz, Diorsuz Bakıya qayıtmaszınız.
Tbilisi
Tbilisinin Şarden küçəsi və ətrafı balaca suvenir dükanları ilə aşıb daşır. Gürcütandan mütləq milli koloriti daşıyan nələrsə almaq lazımdır- süfrə arxasında trapeza edən gürcü kişilərin əks olunduğu qablar, milli geyimli gürcü qadın və kişilərin kuklaları, xanımların çox sevdiyi minankari emalından hazırlanan bəzək əşyaları, saxsı saxlama qabları, xüsusən də kuvşinlər. Qida məmulatlarına gəldikdə isə sulquni pendiri, çurçxella şirniyyatı, tkemala sousu, Kindzamarauli, Saperavi çaxırı, Çaça və saymaqla bitməyən nemətləri tövsiyyə edirik.
İsrail
İsrailin adını eşidən kimi adamın ağlına ilk olaraq din, dini atributlar gəlir. Bu da təsadufi deyil, üç dinin birləşdiyi, bütün dinlərin yarandığı yerdə bütün dinlərə aid adamlara, yeməklərə, yerlərə və suvenirlərə rast gəlmək olur. Ən məşhurları xəmsə işarəli müxtəlif suvenirlər, bəzək əşyalarıdır, sonra minora, davidin ulduzu, təkkə papaqlardır. Xanımların İsraildə alış-verişinin baş qəhrəmanı isə Ölü dəniz məhsullarından olan kosmetik vasitələrdir. Tərkibində Ölü dənizdən əldə edilən mineral və duzlardan hazırlanmış şampunlar, müxtəlif kremlər, maskalar xanımlar arasında çox məşhurdur. Qiymətləri istehsal firmasına görə dəyişir, amma hər bir halda qiymət fərqi qəpiklə ölçülür. Bir məqamı da unutmayın ki, İsraildən qayıdanda hava limanında 5-6 yerdə yoxlama olur, çamadanlar tam açılır və içindəki hər şey bir-bir yoxlanılır. Ən kiçik şübhə doğuran nəsə tapsalar onu götürürlər. Bu səbəbdən dükanlardan nə isə satın almaq istədikdə satıcılardan hava limanında keçirə bilib-bilməyəcəyiniz dəqiqləşdirin.
Rusiya
Əlbəttə ki, matryoşka və kolbasa məhsulları bu ölkədən alınan ən popular hədiyyələr sırasındadır. Matryoşkalar da fərqli ölçü və formada olur, hər zövqə və cibə uyğun olanını tapmaq mümkündür. "Valenki" adlanan toxunma yun çəkmələri də yaxşı hədiyyəlikdir. Onlar dekorativ olmaqdan savayı həm də praktikdir, qışda ayaqlarınızı daha isti saxlayacaq.
Latviya
Latviyanın paytaxtı və Avropanın ən əhəmiyyətli turizm marşrutlarından biri olan Riqa həmişə azərbaycanlıların sevimli istirahət yeri sayılıb. "Baltik qızılı" adlanan kəhrəbadan hazırlanmış zinət əşyaları Riqadan gətirilən ən yaxşı hədiyyədir. Kəhrəba zərgərlik məmulatları Baltikyanı bölgədə çox yayılıb və qiymətləri ölçülərinə, parlaqlığına və rənginə görə dəyişir. Müxtəlif otlar və ədviyyatlarla hazırlanan və soyuqdəymənin dərmanı "Qara Balsam" içkisi Riqada çox məşhurdur.
Qara keramika məmulatları, taxta qablar, yun yorğanlar, paltarlar, ənənəvi geyimli mini kuklalar, Laimas şokoladları, kimyon (Kimenu siers) pendiri və qara çörək adlanan çovdar çörəyi hədiyyə olaraq alına bilər.
Yunanıstan
Yunanıstan son illərin ən populyar marşrutları sırasındadır. Yunanıstanda saysız -hesabsız hədiyyə variantları tapmaq mümkündür. Hədiyyə olaraq Afinadakı tarixi binaların və ya personajların maketlərini, Zevs və ya Veneranı, Akropolu simvolizə edən heykəlləri seçə bilərsiniz.
Yunanlılara xas Bouzuki də fərqli hədiyyə seçimidir, musiqi ilə məşğul olanlar üçün hədiyyə alternativi kimi ev dekorasiyası kimi də istifadə edilə bilər. Rakiyə oxşar Ouzo da ən çox sevilən hədiyyələr arasındadır. Yunan pendiri və zeytununu, şərabları da hədiyyə gətirə bilərsiniz.
İspaniya
İspaniya turizm baxımından dünyanın ilk üçlüyündədir. Bu ölkənin xüsusən də memarlıq, mədəniyyət nümunələri çox ecazkardır. İspaniyadan hədiyyə almaq elə də çətin deyil. Keramik qablar, üzərində rəqs edən qaraçılar əks olunmuş yelpik əla seçimdir. Sombrero adlanan milli ispan papağı gətirmək mütləqdir. Geyim olaraq Zara, Berşka, Mango kimi sevilən brendlərin ən son trendə uyğun modellərini bu ölkədən su qiymətinə əldə edə bilərsniz.
Çin
Çayın Çindən dünyaya yayıldığını hamı bilir. Çində olarkən gözəl naxışlarla bəzədilmiş çay dəsti almaq, geri dönərkən istifadə edə biləcəyiniz mənalı bir suvenir almağa bərabərdir. Fərqli ətirli çaylar ala və bu xoş dəstlərdən zövq ala bilərsiniz. Turistlərin bu ölkədən dəri əşyasız qayıtması nadir haldır. Haining isə xəz almaq üçün ən çox dünya brendlərinin Çində fabrikləri olduğu üçün bu ölkədən ən çox alınan hədiyyələrdən biri də elektrona məhsullarıdır. Mobil telefonlar və onlar üçün aksesuarlar isə birinci yerdədir.
İngiltərə
İngiltərənin simvoluna çevrilmiş qırmızı ikimərtəbəli avtobusların və qara taksilərin oyuncaqları maraqlı hədiyyələrdir. Bundan əlavə, müxtəlif dekorativ qutularda satılan çayları və qırmızı telefon köşklərinin maketlərini də suvenir kimi almaq olar. Bir çoxları üçün Cadbury şokoladları dünyanın ən yaxşısı hesab olunur. Ona görə də İngiltərəyə gedib qayıdanda Cadbury alsanız, şirin sözlər çox eşidərsiniz.
Hələlik bu qədər. Cibiniz dolu, pasportunuz möhürlə bol olsun. Həmişə gəzməkdə! 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar