Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Avropanın iki super gücü qarşı-qarşıya: Gərginlik açıq müstəviyə keçdi - ŞOK TƏHDİD

Tarix: 29-10-2021 22:38     Baxış: 4248 A- / A+

odnoklassniki sharing button
İngiltərə ilə Fransa arasında gərginlik artır. Fransalı nazirin dünənki hədələyici bəyanatları İngiltərə hökumətini qəzəbləndirib.
İngiltərə Xarici işlər naziri Liz Truss Fransa səfiri Katerina Kolonnanı nazirliyə çağıraraq ölkəsinin Avropa üzrə dövlət katibi Vendy Mortonun İngiltərə əleyhinə təhdidlərinə görə izahat tələb edib.
Manevr.az xəbər verir ki, nazir Fransanın əsassız təhdidlərini pisləyib.
Fransanın Avropa Birliyi işləri üzrə dövlət naziri Klement Bon isə verdiyi açıqlamada İngiltərə hökumətinin davam edən balıqçı problemi ilə bağlı yalnız “güc dili”ni anladığını və ingilis gəmilərinin ölkənin limanlarına girişin mümkün olmayacağını bildirib.
Fransa hökumətinin sözçüsü Qabriel Attal da, davam edən balıqçı problemi səbəbindən İngiltərəyə qarşı 2 noyabr tarixindən etibarən cavab tədbirləri görəcəklərini açıqlayıb.
2021-ci ildə balıq ovu kvotalarının müəyyən edilməsi ilə bağlı AB və Böyük Britaniya arasında aparılan danışıqlarda konsensus əldə edilib, amma xüsusilə fransız balıqçılar müəyyən olunmuş ərazilərdə fəaliyyət göstərə bilməyiblər. Cersi adasının yerli administrasiyası öz ərazi sularında balıq tutmağa davam etmək istəyən Fransanın balıqçı gəmilərindən keçmiş fəaliyyətlərinə dair hesabat təqdim etmələrini istəyib. Bu, İngiltərə və Fransa arasında gərginliyə səbəb olub./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar