Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni müxalifəti noyabra hazırlaşır: Vətəndaş müharibəsi olacaq? - ŞƏRH

Tarix: 27-10-2021 17:52     Baxış: 3204 A- / A+

Erməni müxalifəti noyabra hazırlaşır: Vətəndaş müharibəsi olacaq? - ŞƏRH


Oktyabrın 22-də erməni mətbuatı Ermənistan və Azərbaycan liderlərinin noyabrın 9-da Moskvada iki sənəd imzalayacaqları barədə məlumat yaydı. Xəbərin ardınca, Ermənistanın müxalifət qüvvələri hərəkətə keçdilər. Noyabrın 8-9-da mitinq keçirmək üçün İrəvan meriyasına artıq müraciət edilib. 

Maraqlıdır, bu cür küçə müqavimətləri Ermənistanı hara apara bilər? Vətəndaş müharibəsi ehtimalı varmı?

Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı politoloq Əlimusa İbrahimov sfera.az-a danışarkən qeyd edib ki, Ermənistanda müxalif qüvvələr, xüsusən də "Daşnaksityun” partiyasının yerli nümayəndəsi mitinqlər keçirmək haqqında canfəşanlıq edir və insanları ayağa qaldırmaq istəyirlər:
"Nə Robert Köçəryan, nə Serj Sarkisyan, nə də ki "Daşnaksityun” partiyasının mitinq keçirmək üçün yetərincə qüvvəsi yoxdur. Uzun müddətdən bəri, onlar mitinq keçirməyə, insanları Paşinyanın apardığı siyasətə qarşı qaldırmağa çalışırlar, ancaq buna müvəffəq ola bilmirlər. Onlar artıq yerlərdə sorğular keçirir, insanların münasibətini öyrənirlər. Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşməsi haqqında məlumat isə sanki onların əlinə bir fürsət kimi düşdü. Bu məlumatı – Moskvada Azərbaycanla Ermənistan arasında mühüm sənədlərin imzalanmasını təbii ki, qəbul etmək istəmirlər”.

Müsahibimizin sözlərinə görə, müxalifət başa düşür ki, sənədlər imzalandıqdan sonra, həm Ermənistan, həm də sadə vətəndaşlar bunu qəbul edəcək və Paşinyanın nüfuzu artacaq:
"Onlar Moskvada keçiriləcək görüşləri və orada imzanalanacaq müqavilələri yenə də Ermənistan xalqına xəyanət kimi qiymətləndirərək vətəndaşları küçələrə tökmək istəyirlər. Düşünmürəm ki, nəyəsə nail ola biləcəklər. 8 və 9 noyabr tarixində mitinq keçirməklə Paşinyana qarşı ciddi müqavimət göstərə bilməyəcəklər. Bildiyiniz kimi, müharibədən keçən dövr ərzində onlar xalqdan Paşinyana qarşı maksimum istifadə etməyə çalışıblar. Lakin Nikolun hətta bundan da ağır günləri olub. Əgər Paşinyanın nüfuzunun aşağı olan dövrlərdə onu hakimiyyətdən uzaqlaşdıra bilmədilərsə, indiki halda, ona heç yaxın da düşə bilməyəcəklər.
Onların bu tədbiri boş yerə atılmış atəşə bənzəyir. Fikrimcə, sadəcə Ermənistanda müxalifətin qaldığını göstərmək, yaxud özlərinin mövcudluğunu təsdiqləmək üçün bu addımı atırlar. Təsəvvür edin ki, mitinqlər keçirilməsə, müəyyən müddətdən sonra Ermənistanda müxalifətin mövcud olması haqqında şübhələr yaranmağa başlayacaq. Ermənistan müxalifəti, həmvətənlərində olan bu şübhələri dağıtmaq, "biz də varıq”, "Paşinyana qarşı mübarizə aparırıq” kimi fikirləri aşılamaq üçün mitinq qərarı veriblər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar