Xəbər lenti
Kosmosda görünən sirli işıq: Yupiterə çırpıldı, sonra isə...

Yapon elm adamları bir ay əvvəl kosmosdan gələn müəmmalı siqnalı yenidən müşahidə ediblər.
Manevr.az xəbər verir ki, elm adamları 4 saniyəlik olayın mənbəyi ilə maraqlanırlar.
Alimlərin deşifrə etmək üçün çox çalışdıqları siqnal hələ də sirr olaraq qalır.
Yapon astronomları bir ay əvvəl Yupiterdə müşahidə olunan sirli işığın yenidən göründüyünü açıqlayıblar. Kyoto Universitetindən olan qrup oktyabrın 15-də Yupiterin üzərində təxminən dörd saniyə ərzində görünən sirli parlaq işığın görüntülərini yayımlayıb. Bildirilib ki, Yupiterin Şimal tropik qurşağında görünən parlaq işığın son bir ildə müəyyən fasilələrlə doqquz dəfə müşahidə edildiyi bildirilib.
“Biz tarixdə ilk dəfə olaraq oktyabrın 15-də saat 22:24-də kiçik bir obyektin Yupiterin səthi ilə toqquşması zamanı işığın parıldamasını müşahidə edə bildik”, - tədqiqatçılar deyiblər.
İşıq şüasının ilk olaraq “Skay” və “Teleskop” tərəfindən aşkar olunduğu bildirilib.
Hər il Yupiterin səthinə onlarla, bəlkə də yüzlərlə asteroid düşür. Nəhəng planet bu cür cisimlərin Yerə düşməsinin qarşısını almaq üçün maneə rolunu oynayır./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar