Xəbər lenti
Ağdağ Azərbaycanın nəzarətinə necə keçib? - Qafanın meri detalları açıqladı
Qafanla sərhəddə yerləşən Ağdağ dağının Azərbaycan Ordusunun nəzarətinə keçməsi Ermənistanda ciddi qalmaqala səbəb olub.
Manevr.az xəbər verir ki, artıq bir neçə dövlət qurumu, o cümlədən Ermənistanın Müdafiə Nazirliyi bununla bağlı açmıqlama yayaraq, məlumatın həqiqəti əks etdirmədiyini bildiriblər. Lakin məsələ ətrafında gərginlik və müzakirələr davam edir.
Azərbaycan tərəfi də bununla bağlı hər hansı bir açıqlama verməyib.
Ermənistan Müdafiə Nazirliyinin təkzibinə rəğmən, Ağdağın Azərbaycanın nəzrətinə keçməsi barədə xəbərin müəllifi, Qafanın meri Qorq Parsyan bununla bağlı daha bir açıqlıama yayıb. O deyib ki, Ağdağın hansı strateji əhəmiyyətə malik olduğunu yaxşı bilirlər: "Biz mümkün qədər çalışdıq ki, dağı əlimizdə saxlayaq. Amma buna nail ola bilmədik”.
Parsyan Azərbaycan Ordusunun dağı necə nəzarətə götürməsinin detallarını da açıqlayıb. Onun sözlərinə görə, hələ ötən ilin 18 dekabrında ordu hissəslərimiz Ağdağın bir hissəsində yerləşməyə başlayıb:
"Bir neçə dəfə cəhd etdikdən sonra Azərbaycan əsgərini geri göndərə bildik. Amma mən onlara heyran qaldım. 4-5-ci dəfə böyük bir ordu ilə üstümüzə gəldilər. Və tələb etdilər ki, əgər biz oradan çıxmasaq, zorla dağı götürəcəklər. Bundan sonra üçtərəfli danışıqlar başladı və qərara alındı ki, dağda heç bir qoşun dayanmasın. Yalnız Azərbaycan, Ermənistan və Rusiya sərhədçiləri dayansınlar. Razılaşdığımız kimi də oldu”.
Qafanın meri onu da deyib ki, hazırda bir neçə kəndi birləşdirən yol Azərbaycan Ordusunun nəzarətindədir. Onlar faktiki olaraq Vardavankdan keçən alternativ yoldan istifadə edirlər: "Strateji əhəmiyyət kəsb edən ərazidə, o cümlədən Ağdağda əvvəllər Rusiya sərhədçiləri var idisə, indi onlar yoxdurlar. Çoxdan çıxıb gediblər. Rusların yerində isə Azərbaycan əsgəri dayanır”./qaynarinfo

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar