Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni deputatlar Hacıyevə səs verəcək - "Şou" başladı

Tarix: 21-10-2021 10:12     Baxış: 3265 A- / A+




Ermənistan parlamentinin "Ermənistan" blokundan olan üzvü Zemfira Mirzoyeva Sankt-Peterburqda keçirilən MDB Parlamentlərarası Gənclər Assambleyanın iclasına qatılmaqda imtina edib.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Z.Mirzoyeva erməni mediasına açıqlamasında deyib.
"Səbəb odur ki, o iclasda Hacıyevanı assambleyaya koordinator seçmək istəyirlər. Hacıyeva Azərbaycanı təmsil edir. Məndə olan məlumata görə, bizim nümayəndə heyəti ona səs verəcək. Mənim üçün bu qəbuledilməzdir. Başa düşmürəm, mənim xalqıma qarşı "cinayət törədən" dövlətin nümayəndəsinə necə səs vermək olar", - Mirzoyeva deyib.
Zəruri olaraq xatırladaq ki, Zemfira Mirzoyeva erməni deyil, assurdur. Onun ermənidən artıq erməniliyi və erməni yalanlarını bu cür təbliğ etməsi siyasi ikiüzlülükdən və daxildə hakimiyyətə opponentlikdən başqa bir şey deyil.
Qeyd edək ki, oktyabrın 21-22-də keçiriləcək 17-ci iclasda iştirak üçün Milli Məclisin deputatları Emin Hacıyev və Könül Nurullayeva artıq Sankt-Peterburqa gediblər.

İclasda təşkilata koordinatorluq rotasiya qaydasına uyğun olaraq Azərbaycana keçəcək və Milli Məclisin MDB Gənclər PA-dakı nümayəndə heyətinin rəhbəri Emin Hacıyev tədbirə moderatorluq edəcək.
Rotasiya qaydasında olan bir quruma koordinatorluq üzərində siyasi şou qurmaq isə yalnız ermənilərə xasdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar