Azərbaycanla düşmənçilik niyyəti İranın köhnə peşəsi imiş. Biz bunu 44 günlük müharibədən sonra daha dəqiq öyrənə bildik. Azərbaycan Ordusunun 30 illik işğala son qoymaq üçün apardığı haqq savaşı dosta sevinc, düşmənə dərd verdi. Elə müharibənin ilk "akkordlarından" hansı dövlətlərin, hansı qüvvələrin Azərbaycana qarşı çıxdığı çox aydın şəkildə göründü.Qərbin erməni lobbisi tərəfindən maliyyələşdirilən dairələri barədə illərdir xəbərdar olsaq da, uzun illər Azərbaycanın içində "din" adı altında pərdələnən, radikal qruplaşmalar yaradaraq ölkə daxilində vətəndaş müharibəsini alovlandıraraq qardaşı-qardaşı, atanı-övlada düşmən kəsmək istəyən İran hakimiyyətinin iyrənc əməllərindən çoxumuz xəbərsiz olmuşuq. Çünki Azərbaycan hər zaman Qərbin sanksiyalarına məhəl qoymayaraq İrana nəfəslik olmaq üçün bütün təzyiqlərə sinə gərən bir dövlət, bir xalq olub, dosta dar gündə əl uzadıb.
"Din qardaşımız" naxələf çıxdı
Səndemə, İranın Azərbaycana qarşı məkirli planları bu günün, dünən işi deyil. Proseslər irəlilədikcə adını "islam dövləti" qoyub, ermənipərəst mövqe sərgiləyən, Azərbaycanın düşməninin əlini sıxan, onu silahlandıran Tehranın Azərbaycanda planlaşdırdıqları iyrənc oyunların qarşısındakı pərdə də qalxmağa başlayır.
Məlum olur ki, belə hadisələrdən biri məhz 2018-ci ilin iyulunda Gəncədə icra başçısına sui-qəsdlə bağlıdır. İstintaqın izləri Azərbaycanın cənubuna, elə İrana gedib çıxır. O da aydın olur ki, Yunis Səfərov Rusiyada olarkən İranın xüsusi orqanları tərəfindən əməkdaşlığa cəlb edilib, İrana təlim keçib, İranın radikal dini dairələrinə bağlı "Hüseyniyyun" (Hüseynçilər) qruplaşmasının döyüşçüsü olub, Suriyada döyüşüb.
Gəncə şəhər İcra hakimiyyəti başçısı Elmar Vəliyevin qətlinə hansı dairələrdən sifariş verildiyi artıq hər kəsə məlumdur. Sui-qəsdin baş verdiyi saatlarda qatilin kimliyi, qətlin motivləri və tərikçinin arxa plandakı əlaqələri ilə bağlı aydınlıq olmasa da, bu yöndə üzə çıxan suallar cavabsız qalmadı. Buaradan da belə bir "təcrübəsi olan" şəxsin Azərbaycanda səs-küylü cinayət törətməsi əmri çox uzaqdan yox, cənubdan verilən tapşırıq olduğu aydınlaşır.
İstintaq prosesi onu da göstərdi ki, Yunis Səfərov bu terroru təkbaşına hazırlamayıb, bu, geniş bir şəbəkənin işidir. Və çox təəssüf ki, bu şəbəkənin 32 nəfər üzvü hazırda İranda gizlənir. İran Azərbaycanın axtardığı həmin cinayətkar şəbəkədən xəbərdardır. Bəs niyə keçən 3 il ərzində həmin şəxsləri həbs edərək Azərbaycana təhvil vermək istəmir?
Xofun səbəbi