Xəbər lenti
Çexiya prezidenti vəzifəsindən kənarlaşdırıla bilər
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, bunu ölkə Senatının rəhbəri Miloş Vıstrçil bəyan edib.
O, bildirib ki, belə olan halda oktyabrın 19-da Çexiya parlamenti 77 yaşlı prezidentin ağır xəstəlik səbəbindən vəzifəsindən kənarlaşdırılması məsələsinə baxacaq.
Müsbət qərar qəbul ediləcəyi təqdirdə dövlət başçısının səlahiyyətləri Baş nazir Andrey Babiş, həmçinin parlamentin hər iki palatasının rəhbərləri arasında bölünəcək.
Qeyd edək ki, Çexiya prezidenti Miloş Zeman oktyabrın 10-da, ölkədə keçirilmiş parlament seçkilərinin ertəsi günü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, yeni hökuməti formalaşdıracaq Baş naziri təsdiq üçün parlamentə təqdim edə bilməyib. Məhz bu səbəbdən, hazırki hökumət başçısı Babiş qeyri-müəyyən müddətə öz səlahiyytlərini icra etməyə davam edəcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































